MƏDƏNİYYƏT


“Mənim butam” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 7 mart, AZƏRTAC

Şirvan Dövlət Rəsm Qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumşəhər məktəbliləri arasında keçirilən “Mənim butam” adlı rəsm müsabiqəsinin mükafatlandırılma mərasimi olub.

Sabirabad Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar 14 şagirdin 24 rəsm əsərinin yer aldığı müsabiqənin yekun sərgisinə baxıblar. Sonra qaliblər mükafatlandırılıb. Birinci yerin qalibi şəhər 2 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Dilbər Quliyeva olub. İkinci yerə 16 nömrəli məktəbin 8 – ci sinif şagirdi Aysun Ağamalıyeva və 10 nömrəli məktəbin 5-ci sinif şagirdi Aytac Soltanova, üçüncü yerə 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Ümid Cavadov və həmin məktəbin 8-ci sinif şagirdi Məhərrəm Abdullayev və 2-ci sinif şagirdi Əsma Mirzəyeva layiq görülüblər. Digər iştirakçılara isə həvəsləndirici fəxri fərmanlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.