İQTİSADİYYAT


Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu hansı ünvanlarda keçiriləcək?

Bakı, 12 sentyabr, AZƏRTAC

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 14-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, sentyabrın 16-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41B ünvanında, sentyabrın 18-də isə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 657 ünvanında keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 16 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.