İDMAN


Mərakeş və İspaniya yığmalarının start heyətləri bəlli olub

Mərakeş və İspaniya yığmalarının start heyətləri bəlli olub

Bakı, 6 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Mərakeş yığmasının start heyətində Yassin Bunu, Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri və Hakim Ziyeş yer alıblar.

İspaniya millisinin heyətində meydana Unai Simon, Aymerik Lyaport, Jordi Alba, Serxio Buskets, Rodri, Markos Lyorente, Qavi, Pedri, Marko Asensio, Dani Olmo və Ferran Torres çıxacaqlar.

Argentinadan olan FIFA referisi Fernando Rapallini idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.