“Mercedes” 2021-ci il üçün pilot heyətini müəyyən etməyə tələsməyəcək
AzerTAg.az
Bakı, 9 dekabr, AZƏRTAC
“Mercedes” komandasının rəhbəri Toto Volf bildirib ki, 2021-ci il üçün pilot heyətinin müəyyən edilməsində tələsmə olmayacaq. Onun sözlərinə görə, komandada Luis Hemiltonun qərarını gözləmək niyyətindədirlər və yalnız bundan sonra zərurət yarandığı təqdirdə onu əvəz edəcək pilotu axtaracaqlar.
AZƏRTAC xəbər verir ki, “Autosport” portalında Toto Volfun aşağıdakı sözləri yer alıb: “Bizim komandada düzgünlük və sədaqət böyük əhəmiyyətə malikdir. Biz Luis Hemiltonun mövqeyini başa düşməliyik. Bu, bizim üçün çox vacibdir. Onunla danışıqlar aparmayana və vəziyyəti aydınlaşdırmayana qədər digər variantlar nəzərdən keçirilməyəcək. Düşünmürəm ki, biz tələsməliyik. 2021-ci il üçün bizim güclü heyətimiz olmalıdır. Zənnimcə, tezliklə şayiələr mövsümü açılacaq. Qarşıda hələ bir il var. Bizim heyəti apreldə, iyulda və ya oktyabrda müəyyən edəcəyimiz o qədər də əhəmiyyətli deyil”.

Xəbərin mətnində orfoqrafik səhv var