ELM VƏ TƏHSİL


Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir

Bakı, 16 sentyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən merçendayzinq üzrə təlimlər keçirilir.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlim zamanı iştirakçılar şirkətlərin tələblərinə uyğun məhsulların yerləşdirilməsi, onlara nəzarət, məhsulun reklam edilməsi üçün imkanları müəyyənləşdirmək, reklam materiallarının düzgün yerləşdirilməsini təmin etmək, promo məhsulların, marketinq materiallarının və hədiyyələrinin satış nöqtələrinə çatdırılmasını təmin etmək kimi müxtəlif istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər.

Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Bir ay ərzində təlim iştirakçıları işin birbaşa icra edildiyi məkanlara getmək və təcrübə keçmək imkanı da əldə edəcəklər. Müraciətlər sentyabrın 30-dək Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytındakı keçid üzərindən qəbul ediləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatı agentliyin sosial media səhifələrindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.