İQTİSADİYYAT


Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200396S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 98.6193 AZN (6 faiz) və 99.2129 AZN (3.4 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 279 milyon 763 min 800 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.2129 AZN (3.4 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar aprelin 22-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.