İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notları üzrə hərrac keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 98.9754 AZN (13.31 faiz) və 99.2278 AZN (10.01 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 416 790 100,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon AZN təşkil edib. Notlar fevralın 28-də ödəniləcək.