İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101283S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 643 milyon 615 min 300 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar bu il oktyabrın 10-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]