İQTİSADİYYAT


Mərkəzi Bankla Beynəlxalq Maliyyə Korporasiyasının əməkdaşlığının perspektivləri müzakirə olunub

Bakı, 8 may, AZƏRTAC

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı IFC-nin Azərbaycandakı hazırkı və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə edilib.

A.Quliyev ölkədəki iqtisadi islahatlar, islahatlar gündəliyinə uyğun olaraq Mərkəzi Bankın keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin bəyan etdiyi inkişaf strategiyası əsasında ölkədə sürətli sosial-iqtisadi inkişafa nail olunub, makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığı təmin olunub. O, beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, eləcə də IFC ilə əlaqələrin önəmini diqqətə çatdırıb. Mərkəzi Bank və IFC arasında əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri D.Şils təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib və IFC tərəfindən proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirib. O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizdə özəl sektorun dəstəklənməsinə hazır olduğunu deyib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə IFC arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.