ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada “Vikipediya” ilə bağlı təlimlər davam edir

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) üçüncü ildir “Vikipediya” ilə bağlı təlimlər davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə könüllülərdən ibarət 40-dan çox qrup ödənişsiz iştirak edib, bu sahədə maarifləndirilib.

Kitabxananın sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Eltürk bildirib ki, təlimlər şöbənin bölmə rəhbəri Günay Məmmədova, mütəxəssislər Rəcəb Həsənbəyov, Nuray Tanrıverdiyeva, Səbinə Abızadə və Sura Məmmədova tərəfindən aparılır. “Vikipediya”nın Azərbaycan dilində olan bölməsində hazırda 143 min 372 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Belə ki, 700-dən çox fəal iştirakçının, həmçinin könüllülərin fəaliyyəti nəticəsində Azərbaycan dilində olan “Vikipediya” ümumi siyahıda 50-ci pilləyə qalxıb. Şöbənin əməkdaşları tərəfindən “Vikipediya” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. MEK-də “Vikipediya” ilə bağlı müxtəlif tədbir, görüş və təlimlər təşkil edilir. “Vikipediya” Metodik Mərkəzi tərəfindən təlimlər ödənişsiz keçirilir. İştirak etmək istəyənlər müraciət edə bilərlər:

Əlaqə: 055-375-59-34

e-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.