ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağının gənc tədqiqatçılarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev, Türkiyənin Qaradəniz Texniki Universitetinin alimləri - professorlar Selçuk Gümüş Fevzi Karslının həmmüəllifi olduqları "Azərbaycanın Samur-Yalama Milli Parkının meşə örtüyünün inkişaf dinamikasının öyrənilməsi” adlı məqalə “European Journal of Forest Engineering” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə aerokosmik görüntülər vasitəsilə Samur-Yalama Milli Parkının meşə örtüyünün 1984-2019-cu illər arasında inkişaf dinamikası öyrənilib. “Forest Engineering and Technologies (FETEC) Platform” təşkilatı tərəfindən təsis edilən jurnal “Web of Science” və “Ulakbim” beynəlxalq jurnal indeksləmə bazalarına daxildir.