SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il 8 oktyabr və 18 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
MSK-nın qərarı ilə, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.