İQTİSADİYYAT


Metallurgiya sənayesi sahəsində 997,5 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 18 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 997,5 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 24 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 18,9 faiz artım müşahidə edilib.

Sözügedən dövr ərzində sahə üzrə 24 min 50,4 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.