ELM VƏ TƏHSİL


Metodik kabinet direktorlarına istedadlı uşaqlarla işin təşkilinə dair tövsiyələr verilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları tərəfindən “İstedadlı uşaqlarla işin təşkili” mövzusunda yerli təhsili idarəetmə orqanlarının nəzdində metodik kabinet direktorları ilə onlayn görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş iştirakçıları İstedadlı uşaqlarla iş şöbəsinin illik fəaliyyət istiqaməti haqqında məlumatlandırılıb, onlara istedadlı şagirdlərin müəyyən edilməsi və həmin şagirdlərlə işin təşkilinə dair metodik və praktik tövsiyələr verilib.

Sonda görüş iştirakçılarının təklif və rəyləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.