Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Metsamor” yeni Çernobıldırmı?

“Metsamor” yeni Çernobıldırmı?

Bakı, 13 oktyabr, AZƏRTAC

Ermənistanın köhnə “Metsamor” atom elektrik stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir. Vyanadakı Avstriya Tətbiqi Ekologiya İnstitutundan Antonia Wenisch özünün “National Geographic” də dərc olunan məqaləsində “Metsamor”u “hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” göstərib. Qısa desək, “Metsamor” hər an partlamağa hazır bombadır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhində deyilir.

Stansiya 1980-ci ildə Türkiyə sərhədindən cəmi 10 mil (16 kilometr) aralıda Ermənistanın yüksək seysmik bir hissəsində inşa edilib və hazırda heç bir müasir təhlükəsizlik tələblərinə cavab vermir. Zəlzələ kimi təbii fəlakətlər, AES-ə çox möhkəm zərər yetirə bilər ki, bu da Cənubi Qafqazda və qonşu ölkələrdə yüksək radioaktivliklə nəticələnə bilər. 1988-ci il dekabrın 7-də 6,8 bal gücündə olan və təxminən 25 min insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələ gələcək seysmik təhlükələr barədə real narahatlıq doğurur.

Digər tərəfdən, AES-in idarəetməsi və tullantıların idarə olunması barədə yetərli rəsmi məlumat yoxdur. Bu isə öz növbəsində regional ekoloji fəlakətlərin baş verməsinin mümkünlüyünə işarədir. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında basdırır (Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır, lakin Ermənistanın nəzarətindədir). Həmin AES-dən yeraltı boru kəməri ilə Dağlıq Qarabağa radioaktiv tullantıların axıdılması barədə etibarlı məlumatlar da mövcuddur.

Belə vəziyyət Türkiyə üçün də ekoloji və ətraf mühitə təhlükə yaradır. Türkiyəli mütəxəssislərin son təhlilləri göstərir ki, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir ki, bu da İğdırda (Türkiyənin vilayəti) yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Bu bölgədə əlil uşaqların və xərçəng xəstələrinin sayının artması halları müəyyən edilib.

Ümumdünya Atom Sənayesinin Vəziyyətinə dair hesabatda (2020) göstərilir ki, AES-in hazırda aktiv bir reaktoru vasitəsilə hazırda ölkənin ümumi elektrik enerjisinin 27,8 faizini təmin edilir. İstehsal olunan elektrik enerjisinin yerdən qalan hissəsi hidro, günəş və külək mənbələrindən, eləcə də idxal edilən təbii qazdan əldə olunur.

Cari ilin mart ayında Avropa Komissiyasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı Siyasəti” sənədində enerji siyasəti və atom enerjisi ilə bağlı tövsiyələr təqdim olunub. Orada yanacaq təchizatının şaxələndirilməsinin, xüsusən də bərpa olunan enerji mənbələri hesabına aparılmasının zəruriliyi qeyd edilir. Ermənistanın kifayət qədər su ehtiyatlarına malik olduğunu nəzərə alsaq (Sevan gölü ümumi istehlakın təxminən 80 faizini ödəyir) enerji mənbəyi olaraq atom enerjisi asanlıqla su enerjisi ilə əvəz edilə bilər. Digər seçim isə Rusiya və İrandan idxal olunan qazın payının artırılması ola bilər.

Avropa Komissiyası, Türkiyə və ekologiya üzrə ixtisaslaşmış təşkilatlar AES-in bütün bölgə üçün mənfi təsirlərini və təhlükə ehtimalını nəzərə alaraq onun bağlanması istiqamətində Ermənistana ciddi təzyiq göstərirlər. Paris Sazişinin və ətraf mühitlə bağlı digər sənədlərin əsas prinsiplərində iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bütün texnologiyaların, xüsusilə də yaşıl texnologiyanın daha geniş şəkildə qəbul edilməsi tələbləri əks olunur.

Qlobal xəbərdarlıqlara və təsdiqlənmiş beynəlxalq sənədlərin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərinə konstruktiv yanaşma nümayiş etdirməyərək bəşəriyyət və təbiət üçün təhlükə olmaqda davam edir. Ermənistanın yerli mətbuatı bildirib ki, 2019-cu il iyun ayının əvvəllərində AES təmir və yeniləmə işləri ilə əlaqədar 110 günlüyə və cari il iyulun 1-dən sentyabrın 3-nə qədər isə profilaktik tədbirlərin görülməsi məqsədilə daha 65 gün müddətinə fəaliyyətini dayandırıb. Təmir kimi təqdim olunan bu cür yalançı təşəbbüslər ilə Ermənistan stansiyanın səbəb ola biləcəyi potensial fəlakətin ağırlığını ört-basdır etməyə çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO