İDMAN


“Milan” klubu Sandro Tonalini icarəyə götürüb

Bakı, 10 sentyabr, AZƏRTAC

“Milan” futbol klubu “Breşia” komandasının yarımmüdafiəçisi Sandro Tonalini icarəyə götürüb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsinin müddəti açıqlanmayıb. “Milan” klubunun İtaliya millisinin futbolçusunu birdəfəlik transfer etmək hüququna malik olduğu vurğulanıb.

İtaliya mətbuatı “Milan”ın S.Tonali üçün 10 milyon avro icarə haqqı ödəyəcəyini yazıb. Klub futbolçunu birdəfəlik almaq üçün isə 25 milyon avro ödənməlidir.

Qeyd edək ki, yarımmüdafiəçi yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.