Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mili Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə parlament nümayəndə heyətinin oktyabrın 7-dən 9-dək Slovakiya Respublikasına rəsmi səfəri barədə qısa məlumat verib.

Parlamentin sədri xatırladıb ki, Slovakiya Mərkəzi Avropada yerləşən bir ölkədir. Əhalisi 6 milyon nəfərə yaxın, ərazisi təqribən 49 min kvadratkilometrdir. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Sahibə Qafarova deyib: “Bu səfər, ümumiyyətlə, Milli Məclisin sədrinin Slovakiyaya ilk rəsmi səfəri idi. Mən Slovakiyanın paytaxtı Bratislavada bu ölkənin Baş naziri Eduard Heger ilə görüşüb. Sonra nümayəndə heyətinin üzvləri ilə parlamentin – Milli Şuranın sədri Boris Kollar, dostluq qrupu və xarici işlər naziri İvan Korçok ilə görüşlər keçirib və danışıqlar apardıq. Mən və Milli Şuranın sədri Boris Kollar Slovakiya mətbuatı üçün birgə brifinq də keçirdik”.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Slovakiyada söhbətlər zamanı o, Azərbaycanın Avropa İttifaqının üzvü olan dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyi məsələlərində ölkəmizin oynadığı rol haqqında danışıb.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsində böyük Qələbə barədə də məlumat verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan Ermənistanın 30 ildən bəri işğal altında saxladığı torpaqlarını azad edərək, həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.

Milli Məclisin sədri həmsöhbətlərinin diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilib, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

O, görüşlərdə Ermənistanın təxribatları barədə də məlumat verildiyini deyib. Bildirib ki, Ermənistan işğaldan azad olunmuş ərazilərə terrorçu qruplar göndərir, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra tutulmuş terrorçuları “hərbi əsirlər” kimi qələmə verir, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində bu günədək 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Bu isə bir daha onu göstərir ki, Ermənistan həmişə olduğu kimi, yenə də beynəlxalq humanitar hüququ kobudcasına pozmaqda davam edir.

Sahibə Qafarova deyib ki, o, bununla əlaqədar ötən ilin noyabrında və 2021-ci il aprelin 1-də Slovakiya parlamentində qəbul edilmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və "Dağlıq Qarabağ haqqında" qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd ediləcəyini diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar insanlığa qarşı törədilmiş bu qətliama dair müvafiq qərarlar qəbul ediblər. S.Qafarova ümidvar olduğunu bildirib ki, Slovakiya parlamenti də Xocalı soyqırımının tanınması prosesinə başlayacaq.

Milli Məclisin sədri çıxışında söhbətlər zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün müvafiq tədbirlərin görülməsi, COVID-19 pandemiyasına qarşı mübarizədə atılan addımlar, postpandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib.

Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərin uğurla keçdiyini söyləyib.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlar Hikmət Məmmədov, Rəşad Mahmudov, Fazil Qəzənfəroğlu, Nizami Səfərov, Aqil Abbas, Elman Məmmədov, Elşən Musayev, Azay Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı və Razi Nurullayev seçiciləri narahat edən məsələlər, pandemiya ilə mübarizə, siyasi partiyaların nümayəndələrinin Şuşa səfəri və ölkəmizin ictimai-siyasi həyatına dair digər mövzularla bağlı fikirlərini bildiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlikdəki birinci məsələ - “Müstəqillik Günü haqqında” qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisə olmaqla yanaşı, tariximizə hörmətin ifadəsidir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təqdim olunan qanun layihəsinin məramı tarixi ədaləti bərpa etmək, ötən 103 ilin iki möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, müstəqilliyimizin məhz bərpasının 30 illiyi ərəfəsində Azərbaycan Prezidenti tərəfindən dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan “Müstəqillik Günü haqqında” qanun layihəsi təqdim edilməsi çox təqdirəlayiq haldır. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən xalqımız öz müstəqilliyini bərpa edib. Bu tarixi günlərin mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması indiki qanun layihəsində öz əksini tapıb. Beləliklə, təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunsun.

Əli Hüseynli həm tarixi xronologiya baxımından, həm də mahiyyət baxımından bu günlərin dövlətçilik tariximizin ən vacib günləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu qanun layihəsi tarixdə baş vermiş hadisələri özündə daha dəqiq ehtiva edir. Azərbaycan Prezidentinin təqdim etdiyi bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə olunub və ətraflı fikir mübadiləsi aparılıb.

Qanun layihəsi barədə çıxış edən Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Nurlan Həsənov, Kamilə Əliyeva, Aydın Mirzəzadə, Emin Hacıyev, Əli Məsimli, Fazil Mustafa və Vahid Əhmədov qanun layihəsinin zəruriliyindən bəhs edib, onun müstəqillik tarixi baxımından vacibliyinə toxunublar.

Fasilədən sonra “Müstəqillik Günü haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam etdirilib.

Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nizami Səfərov, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Anar İsgəndərov, Musa Qasımlı, Ramin Məmmədov, Nigar Arpadarai, Erkin Qədirli, Azər Badamov, Asim Mollazadə, Cavid Osmanov, Etibar Əliyev, Tahir Kərimli, Azay Quliyev və Sahib Alıyev çıxış edərək müzakirə olunan qanun layihəsinin Vətən müharibəsində Azərbaycanın Zəfəri və dövlətçilik tarixi baxımından əhəmiyyətini, daşıdığı məna yükünü xüsusi vurğulayıblar.

Sonra “Müstəqillik Günü haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsinə də baxılıb. Milli Məclisin deputatı Azaq Quliyev bu komitənin üzvü seçilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb