Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya: Heydər Əliyev yolunun işığı

Bakı, 10 may, Pərvanə İmanova, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev yolunun işığı” mövzusunda elmi sessiya keçirilib. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyəti haqqında sərgi təşkil edilib və slaydlar nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, elmi sessiyada muzeyin direktoru, akademik Rafael Hüseynov “Ulu Öndərin davam edən dərsləri” mövzusunda məruzə ilə çıxış edib, xalqımızın tarixində və taleyüklü məsələlərin həllində müstəsna rol oynamış tarixi şəxsiyyətlərin çox olduğunu söyləyib. Bildirib ki, belə tarixi şəxsiyyətlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri var. Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi sovet və müstəqillik dövründə Azərbaycanın inkişafı, çiçəklənməsi, xalqımızın rifahı naminə mühüm işlərə imza atıb.

Rafael Hüseynov ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, çiçəklənməsində və inkişafında tarixi xidmətlərindən, dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında həyata keçirdiyi böyük işlərdən söz açıb.

Diqqətə çatdırıb ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bir sıra mühüm obyektlər, iri fabrik və zavodlar, elm, təhsil, mədəniyyət ocaqları tikilərək istifadəyə verilib, mədəniyyət və incəsənət xadimlərinin, tarixi şəxsiyyətlərin, ədiblərimizin abidələri ucalıb, ev-muzeyləri açılıb, onların fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.

Akademik ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldiyi zaman respublikamızın gələcək inkişafı üçün güclü təməllər atıldığını, qısa müddətdə iqtisadi, mədəni və digər sahələrdə bir çox uğurlar əldə olunduğunu söyləyib. Qeyd edib ki, Ümummilli Liderin təşəbbüsü ilə SSRİ-də ilk məişət kondisionerləri zavodu 70-ci illərdə Bakıda tikilib, istehsal olunan məhsullar bütün ittifaq ölkələrinə göndərilib və bununla Azərbaycanın sənaye həyatında köklü dəyişiklik baş verib.

Bildirilib ki, 1993-cü ildə Azərbaycanın parçalanmaq və dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi zaman ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb. Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlanıb.

Akademik Rafael Hüseynov Ümummilli Liderin iti zəkası, müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin gələcək iqtisadi inkişafı üçün “Əsrin müqaviləsi”nin imzalandığını, büdcə gəlirlərinin artdığını, əhalinin rifahının yüksəldiyini, ölkənin müxtəlif sahələrdə inkişafa nail olunduğunu söyləyib. O bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan sürətlə inkişaf edir, müasir dövrdə dünya ölkələri arasında özünə layiqli yer tutub və respublikamızda qazanılan bütün nailiyyətlər görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətinin bəhrəsidir.

Tədbirdə, həmçinin muzeyin komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Fəxr edirik: O azərbaycanlıdır”, ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük elmi işçisi, dosent Gülzar İbrahimovanın “Heydər Əliyev - ədəbiyyatımızın, mədəniyyətimizin hamisi”, elmi inkişaf və tədris layihələri şöbəsinin elmi işçisi Tutu Məmmədovanın “Daim qəlblərdə yaşayan Ulu Öndər”, Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Ömrünü millətə və dövlətə həsr etmiş Heydər Əliyev” mövzularında məruzələri dinlənilib.

Çıxış edənlər Ulu Öndərin Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm xidmətlərindən, ədəbiyyat və incəsənət xadimlərinə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, keçmiş sovet dövründə və müstəqillik illərində Azərbaycanın bir sıra görkəmli ziyalıları, elm xadimləri dahi rəhbər Heydər Əliyevin himayəsi və təşəbbüsü ilə dövlət mükafatlarına və yüksək fəxri adlara layiq görülüblər. Ölkəmizin tanınmış rəssamları, heykəltəraşları, memarları, istedadlı xalça ustaları hər zaman Ulu Öndərin ən çox qiymətləndirdiyi sənətkarlar sırasında xüsusi yer tutublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub

BDU-da “Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş dini sözlər araşdırılıb

Ağ evin sözçüsü: ABŞ olmasaydı, fransızlar indi almanca danışırdı

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib FOTO VİDEO

Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb

Şamaxının Məlhəm kəndində İlaxır çərşənbəsindən REPORTAJ VİDEO

UNEC-in kollektivi İlaxır çərşənbəni Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində qeyd edib

ADAU-da iftar süfrəsi açılıb

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib

“ASAN TV” bir yaşını qeyd edir

"Orta əsr Ağsu şəhəri" Qoruğunda Novruz festivalı keçirilib

ASCO gəmi səfərləri zamanı emissiyaları 6 faiz azaltmağı planlaşdırır

Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər

® “Coca-Cola”nın dəstəyi ilə növbəti Bahar Festivalı keçirilib

Belçika millisinin iki futbolçusu sıradan çıxıb

Bakı Mühəndislik Universitetində Novruz şənliyi təşkil olunub

Lənkəranda yeni çay plantasiyaları salınır ВИДЕО

Britaniyada həbsxanalar dolduğundan məhbuslar polis kameralarına yerləşdiriləcək

Britaniya döyüşünün sonuncu sağ qalan pilotu 106 yaşında vəfat edib