CƏMİYYƏT
Milli Hidrometeorologiya Xidməti: İntensiv və güclü yağış nəticəsində bəzi dağ çaylarından sel keçib
Bakı, 29 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən xəbər verdiyi məlumata əsasən, iyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, intensiv və güclü yağış nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib. Ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, yağıntının toplam miqdarı Ləzədə (Qusar) 65 (aylıq normanın 218 faizi), Balakəndə 49 (aylıq normanın 63 faizi), Zaqatalada 44 (aylıq normanın 60 faizi), Şahdağda 42, Oğuzda 38 (aylıq normanın 57 faizi), Qazaxda 35, (aylıq normanın 110 faizi), Kişçayda (Şəki) 35 (aylıq normanın 58 faizi), Şəkidə 34 (aylıq normanın 56 faizi), Qusarda 30 (aylıq normanın 110 faizi), Lənkəranda 28 (aylıq normanın 201 faizi), Lerikdə 25 (aylıq normanın 151 faizi), Astarada 23 (aylıq normanın 69 faizi), Sarıbaş (Qax) 23, Qrızda 22, Quba, Xınalıqda 17, Qəbələdə 15, Nabranda 14, Ağstafada 12, Tovuz, Qax, Gəncədə 10, Ceyrançöldə 9, Tərtərdə 7, Şəmkir, Şərurda 5, Mingəçevir, Xaçmazda 4, Şabran, Yardımlı, Yevlaxda 3, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 millimetrədək olub.
Şəmkirçay Qalakənddə diametri 22, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 millimetr olan, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xırdadənəli dolu yağıb.
Şimal-qərb küləyi əsib, arabir Daşkəsən, Neftçalada saniyədə 25, Salyanda 23, Naftalanda 22, Şirvanda 21, Altıağac, Ağstafada 20 , Çeyrançöldə 19, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18, Şabranda 17, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35, Sumqayıtda 31, Qum adasında 30, Pirallahı, Çilov adasında 29, Neft Daşlarında 28, Qum yataqda 26, Binədə 24 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.
İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi əsib, saniyədə 8-13 metrədək mülayimləşib.
İyulun 29-u gündüz, iyulun 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.