MƏDƏNİYYƏT


Milli Kitabxanada sərgi: “9 may - Faşizm üzərində qələbə günüdür”

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Böyük Vətən müharibəsində qələbənin 74-cü ildönümünə həsr edilmiş “9 may – Faşizm üzərində qələbə günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın tarixi, faşizm üzərində qələbədə igidlik göstərən qəhrəman oğul və qızları, Bakı nefti haqqında yazılmış Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.