SİYASƏT


Milli Məclis sədrinin müavini Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Bakı, 4 fevral, AZƏRTAC

Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 5-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.

Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Səfər fevralın 7-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.