Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir

Bakı, 6 dekabr, AZRTAC

Dekabrın 6-da Milli Məclisdə “Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib. Sədr bildirib ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında inkişaf templərinin zəifləməsi, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ötən dövrdə dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklərin müşahidə edilməsi, neftin qiymətinin üç dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirləri gözləniləndən az olub. Mərkəzi Bankın humanitar siyasətində münasib düzəlişlər edilməsi zərurəti yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlayıb.

Oqtay Əsədov qeyd edib ki, təqdim edilən büdcə zərfinə əsasən 2017-ci il və növbəti üç il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır. Bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaq. Müzakirəyə çıxarılan sənədlərdən göründüyü kimi, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn il büdcədə sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsait istisna olmaqla, digər xərclərdə ixtisarlar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb.

Sədr vurğulayıb ki, növbəti ilin dövlət büdcəsi ilə bağlı əsas məqamlardan biri Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmaların artması və Dövlət Neft Fondundan transfertin azaldılmasıdır. Həmin transfertin məbləği 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır.

İclasda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müasir dövrdə qlobal dünya iqtisadiyyatında baş verən sarsıntıların artdığı, onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafeyin qorunmasına yönələn iqtisadi siyasət aparır, xarici risklərin təzyiqini minimuma endirmək üçün sistemli, təşkilati, iqtisadi tədbirlər görür. Dövlət büdcəsi hər il büdcə sistemi haqqında qanunun tələblərinə uyğun olaraq hazırlanır və hökumətdə müzakirə edildikdən sonra dövlət başçısı tərəfindən Milli Məclisə təqdim edilir.

Komitə sədri qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun hesabına 75,7 faiz gəlir düşür ki, bu da kifayət qədər yüksək rəqəmdir. Bildirilib ki, Vergilər Nazirliyində aparılan işlər, şəffaflığın artırılması, elektron xidmətdən istifadə olunması, vergi ödəyiciləri ilə əməkdaşlığın təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir. Bu da büdcə gəlirləri üzrə proqnozların vaxtında yerinə yetirilməsinə əsas yaradır.

Z.Səmədzadə bildirib ki, Azərbaycanda büdcə gəlirlərinin illər boyu kəsirsiz formalaşmasında gəlirlərin formalaşmasını həyata keçirən strukturların rolu var. 2016-cı ilin büdcə proqnozlarının icrası və vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi istiqamətində görülən işlər, müasir texnologiyaların geniş tətbiqi və şəffaflıq prinsiplərinə riayət edilərək aparılan funksional və struktur islahatları 2017-ci ildə də davam etdiriləcək.

“Vergilər Nazirliyi xətti ilə işlər aparılır, proqnoz göstəricilərinin ümumi daxili məhsulun 11,7 faiz qismində nəzərə alınması təklif edilir. Büdcə gəlirlərinin yığımında Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlər 45 faiz nəzərdə tutulur. Bu da cari ilin proqnozundan çoxdur”, - deyə Z.Səmədzadə vurğulayıb.

Komitə sədri deyib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları ilə bağlı proqnozlar artımla müşahidə olunur. Gömrük sistemində aparılan şəffaflıq, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq. Bundan əlavə, vergilərin toplanmasında Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi artacaq.

Qeyd edilib ki, Milli Məclisin komitə üzvləri ilə birlikdə təhlillər aparılıb, 20 ildə ümumi daxili məhsulun miqdarı, gəlirləri, vergi və gömrük xətti ilə daxil olan gəlirlərin ümumi daxili nisbəti araşdırılıb, dünya miqyasında olan ölkələrlə müqayisə edilib. “Araşdırmalar nəticəsində büdcə gəlirlərinin ÜDM-in 25-30 faizi arasında, Vergilər Nazirliyinin xətti ilə yığılan vergilər ÜDM-in 11-12 faizi arasında, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan rüsumlar isə 2-3 faiz arasındadır. ÜDM-in artması proqnozlarını müəyyən edərkən gələcəkdə bu rəqəmlər əsasında vergi yığımlarında gəlirləri hesablaya bilərik”, - deyə Z.Səmədzadə bildirib.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə diferensiallaşdırılmış tariflərin tətbiqi nəzərdə tutulub. Bununla əlaqədar 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulan gəlirlərin və ona müvafiq olaraq xərclərin 300 milyon manat artırılması təklif edilir. Təklif qəbul olunduğu təqdirdə həmin vəsaitin bir hissəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin az təminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək. Bununla əlaqədar, 2017-ci il üçün ehtiyac meyarının həcminin 10,5 faiz artırılması nəzərdə tutulub.

Nazir deyib ki, Azərbaycan artıq dünya birliyinə, onun iqtisadi sisteminə geniş inteqrasiya edib, dünyada baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar sözsüz ki, ölkəmizdən də yan keçməyib. 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji və əmtəə bazarlarındakı şokların mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şəraiti formalaşdırıb. Dünya enerji bazarlarında təklifin azalması, tələbin isə həmin artımla ayaqlaşa bilməməsi ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolmasının mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Bu, öz növbəsində xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub. Cari il ərzində idxalın həcminin xeyli azalmasına baxmayaraq, hələ də yüksək səviyyədə qalması ölkəmizin tədiyə balansının pisləşməsinə gətirib çıxarıb. Sadalanan amillərlə yanaşı, cari ilin ötən dövründə ümumi daxili məhsulun azalması, bank sistemindəki qeyri-sabitlik, bir sıra bankların iflasa uğrayaraq bağlanması, iqtisadiyyatın banklar tərəfindən kreditləşməsi həcmlərinin nəzərəçarpan dərəcədə daralması ölkəmizin üzləşdiyi çağırışları səciyyələndirir. Yaranmış makroiqtisadi vəziyyətə cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildən başlayaraq dayanıqlı iqtisadi artımın bərpası üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilməkdədir. Bunlar pul siyasətinin və fiskal siyasətin daha sıx əlaqələndirilməsi, valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha çox şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirləri özündə əks etdirir. Bu islahatların keçirilməsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır.

Nazir vurğulayıb ki, 2017-ci ilin büdcə və vergi siyasətinin əsas xüsusiyyətlərindən biri də əvvəlki illərdə yürüdülən fiskal yığcamlaşdırma siyasətinin gələn il də davam etdirilməsidir. Nəticə etibarilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği mərhələli şəkildə azaldılacaq. Müvafiq olaraq transfertin məbləği cari illə müqayisədə 1 milyard 515 milyon manat və ya 20 faizədək azaldılaraq 6,1 milyard manat olacaq.

Samir Şərifov diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində qəbul edilib, buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Nazir bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində olmaqla cari ilin proqnozuna nisbətən 567 milyon manat və ya 3,4 faiz azdır. Neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı və ya 51,2 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 718 milyon manat və ya 9,5 faiz çoxdur. Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 7 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 500 milyon manat və ya 7,1 faiz çox deməkdir. Dövlət Gömrük Komitəsi vasitəsilə isə büdcəyə 2 milyard 200 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 390 milyon və yaxud 21,5 faiz çoxdur. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 353 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 48 milyon manat və ya 15,7 faiz çoxdur. Digər daxilolmalar üzrə 92 milyon manat vəsaitin daxil olması gözlənilir.

Samir Şərifov qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsi xərcləri 16 milyard 900 milyon manat təşkil edəcək və bu da cari illə müqayisədə 1 milyard 595 milyon və ya 8,6 faiz azdır.

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, neftin qiymətinin kəskin şəkildə azalması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər mənfi amillər Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərib, ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, üzən məzənnəyə keçid elan edilib, problemli kreditlər və xarici valyutalarda öhdəliklər manat ifadəsində artıb. Belə şəraitdə neftin qiymətinin dinamikası, Dövlət Neft Fondunun ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makro-fiskal çərçivə, habelə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarının sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb.

Neftin dünya bazarı qiymətləri üzrə beynəlxalq təşkilatların proqnozları təhlil edilib, 2017-ci il və növbəti illər üçün neftin büdcədə qiyməti 40 dollar qəbul olunub. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun 2017-ci il üzrə müvafiq proqnozu 50,6 dollar, Dünya Bankının proqnozu 55,2 dollar müəyyən edilib. Koordinasiyalı və sistemli islahatlar, bank sektorunun sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpası, valyuta bazarında gözləntilərin səmərəli idarə edilməsi, idxalın məhdudlaşdırılması, hər hansı yeni xarici şokun yaşanmaması, növbəti ildə inflyasiyanın birrəqəmli olması iqtisadi artımın bərpası üçün əsas amillərdir.

Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2017-ci ildə ümumi daxili məhsulun 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı proqnozlaşdırılır. Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 68 faizə çatacaq. Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1 faiz azalacağı gözlənilir. Növbəti ildə fiskal konsolidasiya fonunda tədiyə balansının cari hesabının 341,6 dollar olacağı proqnozlaşdırılır. Qaz hasilatına 2018-ci ildən başlanılması isə tədiyə balansının cari hesabının müsbət saldosunun artımına xidmət edəcək. Qeyri-neft sektorunun 2017-ci ildə 2,5 faiz, növbəti illərdə orta hesabla 2 faiz artımı proqnozlaşdırılır.

Aqrar sektorun inkişafında aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Şəmkir aqroparkda birinci mərhələ üzrə işlər davam etdirilir, Xaçmaz rayonunda isə ikinci mərhələ üzrə işlər yekunlaşıb. Respublikanın 19 rayonunda 116.7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur.

Növbəti illərdə də kənd təsərrüfatında davamlı artımın təmin edilməsi üçün dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından daha səmərəli istifadə olunması, intensiv metodların və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yeni komplekslərin yaradılması nəzərdə tutulur.

Son illərdə ölkə sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yüzlərlə müasir istehsal və emal müəssisəsinin fəaliyyətə başladığını deyən nazir bildirib ki, sənaye parklarının yaradılması, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.

Nazir diqqətə çatdırıb ki, 2017-2020-ci illərdə qeyri-neft sahəsi üzrə orta hesabla 7,4 faiz artım proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sektor üzrə 2017-ci ildə 4,9 faiz, növbəti 3 ildə 4,7 faiz artım gözlənilir. Kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər. Bununla yanaşı, fermer və sahibkarlara güzəştli şərtlərlə, kredit, gübrə, toxum, texnika almaq imkanı yaradılır. Əkin sahəsində istifadə olunan yanacaq üçün subsidiyalar verilir. Fındıq, tütün, çay, barama, pambıq, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları daxil olmaqla, 13 sahəni əhatə edən xüsusi proqramlar hazırlanıb. Kənd təsərrüfatında həyata keçirilən islahatlar, verilən güzəştlər növbəti ildə də davam etdiriləcək.

Bildirilib ki, xidmətlər sektorunda artım 2017-ci ildə 2,2 faiz, növbəti illərdə isə 2,3 faiz proqnozlaşdırılır. 2017-2020-ci illərdə turizm sektorunun orta hesabla 7,4 faiz artacağı proqnozlaşdırılır. Turizmin inkişafı, onun iqtisadiyyatın rəqabətədavamlı sahəsinə çevrilməsi istiqamətində son illər görülən işlər, turistlərin tələbatının ödənməsi üçün zəruri xidmətlərin təşkili, elektron vizaların verilməsi, xarici vətəndaşların ölkəyə daxil olduqda ödədikləri ƏDV-lərin qaytarılması mexanizminin tətbiqi, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi turistlərin cəlb olunmasına şərait yaradır.

Nazir qeyd edib ki, informasiya və rabitə sektorunda 2017-ci ildə 6,7 faiz, növbəti illərdə isə orta hesabla 5 faiz artım gözlənilir.

2017-ci ildə nəqliyyat sektorunda 2,9 faiz, növbəti illərdə isə 4 faiz artımın gözlənildiyini bildirən Ş.Mustafayev deyib: “Böyük potensiala malik nəqliyyat sektorunda orta və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Mülki Hava və Dəniz Nəqliyyatı Donanmasının yenilənməsi nəqliyyat sektorunda artıma imkan yaradacaq. Bununla yanaşı, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə işlər davam etdiriləcək.

İran sərhədində dəmir yolunun inşası başa çatdırılıb, hazırda sınaqlar keçirilir. Ölkənin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üzrə daha əlverişli şərait yaradılması baxımından sərhəd-keçid prosedurları və qaydaları sadələşdirilib, tranzitlə bağlı xərclər azaldılıb, tarif siyasətində şəffaflıq təmin edilib. Nəticədə ölkə ərazisindən keçən tırların sayı ötən illə müqayisədə 2,4 dəfə çox olub”.

Qeyd edilib ki, növbəti il neft sektoruna 9,7 milyard manat, qeyri-neft sektoruna 5,6 milyard manat investisiya qoyuluşu gözlənilir. Gələn il bir sıra infrastruktur layihələri davam etdiriləcək. Bakı Beynəlxalq Ticarət Limanının, Ələt-Astara avtomobil yolunun tikintisi, kənd yollarının təmiri, sosial layihələr həyata keçiriləcək. Dövlətimizin başçısının xüsusi tapşırığına uyğun olaraq nəzərdə tutulan bütün sosial layihələr davam etdiriləcək. Belə ki, bir sıra xəstəxana, məktəb və uşaq bağçalarının təmir-tikintisi başa çatdırılacaq. Təhsil Nazirliyinin hazırladığı iki illik proqrama əsasən ölkənin bölgələrində qəzalı və azkomplektləşdirilmiş məktəblərin təmir-tikintisi və yenidən qurulması işləri maliyyələşdiriləcək.

Cari ildən tətbiq olunan investisiya təşviqi mexanizminin özəl investisiyaların artımına ciddi töhfə verəcəyini bildirən nazir qeyd edib ki, indiyədək sahibkarlara səkkiz iqtisadi rayon üzrə 79 investisiya təşviqi sənədi verilib və hazırda daha 14 layihəyə baxılır. Ümumilikdə, investisiya təşviqi sənədi verilmiş bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 900 milyon manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib ki, 2014-cü ilin ikinci yarısından başlayaraq neftin qiymətinin üç dəfəyədək aşağı düşməsi bütün neft ixracatçısı olan ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ciddi çağırışlar formalaşdırıb.

Bildirilib ki, 2016-cı ildə ixracın həcminin 12,8 milyard ABŞ dolları olacağı gözlənilir. Bu da pik ili olan 2011-ci ilə nisbətən təxminən 22 milyard dollar aşağıdır. Neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə son 10 ildə ilk dəfə olaraq 2015-ci ildə tədiyə balansı 2013-cü ildəki 17 milyard ABŞ dolları yuxarı profisitdən 200 milyon dollarlıq defisitə keçib. Yaranmış şəraitdə makroiqtisadi orqanlar qarşısında əsas valyuta gəliri təxminən üç dəfədən aşağı düşmüş bir iqtisadiyyatın yeni reallıqlara uyğunlaşdırılması, milli iqtisadiyyatın yenidən balanslaşdırılması vəzifəsi qoyulub. İlk növbədə makroiqtisadi siyasətə korreksiya istiqamətində büdcə xərclərinin yığcamlaşdırılması siyasəti həyata keçirilməyə başlanılıb. 2013-cü ildən bəri büdcə xərcləri 2,1 milyard manat və ya 11 faiz aşağı salınıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlər əhəmiyyətli şəkildə azaldılıb və bu vəsaitlərin həcmi 2013-cü ildə 14,5 milyard dollardan mərhələlərlə 2016-cı ildə 4,7 milyard dollara endirilib və təxminən 3 dəfədən çox azaldılıb. İqtisadiyyatda valyuta təklifinin əhəmiyyətli azaldılması və əsas xarici ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının iki dəfədən çox devalvasiyaya uğraması manatın məzənnəsində adekvat korreksiya edilməsini qaçılmaz edib. Bunu nəzərə alaraq 2015-ci ildə manatın devalvasiyası həyata keçirilib, idarəolunan üzən məzənnə rejiminə keçid elan olunub. 2016-cı ilin fevralında Mərkəzi Bank üzən məzənnənin əsas prinsipi olaraq valyuta bazarında iştirakını minimuma endirib, Dövlət Neft Fondunun valyuta bazarında satışları isə şəffaf şəkildə elektron bazada təşkil olunmuş hərraclar çərçivəsində həyata keçirilib. Yeni məzənnə rejiminə keçid pul siyasətinin ciddi sərtləşdirilməsi ilə müşahidə olunub, faiz dərəcələri əhəmiyyətli yüksəldilib və inflyasiya səviyyəsinə uyğunlaşdırılıb.

E.Rüstəmov vurğulayıb ki, qeyri-neft ixracında da azalma müşahidə edilir. Qeyri-neft idxalı isə hələ də qeyri-neft ixracını əhəmiyyətli dərəcədə üstələməkdə davam edir. Böyük transmilli layihə olan “Cənub” qaz dəhlizinin maliyyələşdirilməsi ilə əlaqədar xərclər, bir sıra dövlət şirkətlərinin borcu və faiz ödənişləri, bank sektorunun xarici borcları, dövlət borcu üzrə ödənişlər və belə xarakterli digər ödənişlərin son dövrdə əhəmiyyətli dərəcədə kiçilmiş valyuta bazarına daxil olması təbii ki, valyuta balansında gərginlik yaradır və üzən məzənnə rejimində milli valyutanın məzənnəsinin formalaşmasına ciddi təsir göstərir. Bütövlükdə məzənnənin ucuzlaşması tədiyə balansının problemlərini, yəni, kapital hissəsinin problemlərini həll etmir. Əksinə, belə ucuzlaşma tədiyə balansının bu hissəsində olan borcları daha da ağırlaşdırır. Çünki bu borclar xarici valyutada fiksə olunub və bu borcları ödəmək üçün əlavə xərclər tələb edilir. Əlavə xərclərin böyük hissəsi isə büdcədən maliyyələşdiyi üçün büdcə və vergi sistemi üçün əlavə gərginliklər yaradır. Bütövlükdə belə bir şəraitdə Mərkəzi Bank cari ildə üzən məzənnə rejimində fəaliyyət göstərib.

Mərkəzi Bankın sədri deyib ki, cari ildə manatın məzənnəsi ilin əvvəlindən cəmi 11 faiz ucuzlaşıb. Əgər 2016-cı ilin yekunlarına nəzər salsaq görərik ki, bütövlükdə yaranmış qlobal çətinliklərə, daxili balanslaşma və liberallaşmaya baxmayaraq, ölkə iqtisadiyyatı bu böhranlara, proseslərə dayanıqlılıq və davamlılıq nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, Maliyyə Sabitliyi Şurasında bütövlükdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində gərgin iş gedir.

Mərkəzi Bank 2017-ci ildə də sərt pul siyasətini həyata keçirməyə davam edəcək. Əsas məqsəd pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq, bu yolla qiymətlərin inflyasiyasının qarşısını almaqdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğulayıb ki, müasir dövrün tələbləri iqtisadi sistemin fəaliyyət prinsiplərinə yenidən baxılması ilə yanaşı, ümumi daxili məhsulun formalaşması və gəlirlərin yenidən paylanmasında əsas və mühüm maliyyə sənədi olan dövlət büdcəsinə də yeni baxışı zəruri edir. Yeni şəraitdə fiskal konsolidasiya tədbirləri ön plana çıxır ki, bu da hər bir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi və siyasi perspektivlərinin təsiri ilə formalaşır. Bununla belə, atılacaq addımlar iki əsas istiqaməti əhatə edir: xərclərin qənaətli və səmərəli istifadəsi, gəlirlərin mobilizasiyası və artırılması.

Palata sədri diqqətə çatdırıb ki, maliyyə resurslarının axınının məhdudlaşdığı, həmçinin geosiyasi amillərlə də şərtlənən nisbi azalma mövcud gəlirlərin artırılması istiqamətində vacib islahatları obyektiv zərurətə çevirir. Bu islahatlar, eyni zamanda, idarəetmə müstəvisində qərarların daha çevik qəbul edilməsini özündə ehtiva edir. Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində əks etdirilmiş vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması kimi tədbirlərin reallaşdırılmasından keçir. Bu tədbirlər ilk növbədə, vergi inzibatçılığının gücləndirilməsini zəruri edir. Eyni zamanda, yığım əmsalının və vergi növləri üzrə boşluqların hesablanılması ilə bağlı konkret metodikanın, həmçinin vergi yükünün optimallaşdırılması istiqamətində mərhələli tədbirlər planının işlənilməsi büdcə-vergi siyasətinin əsas istiqamətlərinin reallaşdırılmasına müsbət təsir göstərər. Aparılan təhlil göstərir ki, 2017-ci il üzrə dövlət büdcəsinin təklif olunan gəlirlərinin proqnoz parametrlərinə ehtiyatlı ssenari tətbiq edilməklə yanaşılıb. Makroiqtisadi mühitin dəyişkənliyi və əmtəə bazarlarının davranışı həmin parametrlərə hesabat ili ərzində yenidən baxılması ehtimalını istisna etmir.

V.Gülməmmədov deyib ki, maliyyə nəzarətinin müxtəlif səviyyələrdə tətbiqi vəsaitlərin proqnozlaşdırılması prosesindən başlayaraq həyata keçirilir. Bu, ilk növbədə büdcənin gəlir və xərclərinin dəqiq uçotunu, həmçinin hesabatlılığı tələb edir. Belə ki, qeyd edilən yanaşma icra prosesində rast gəlinən və yarana biləcək xətaların əksər hissəsinin qarşısını alır. Hesabatlılıq isə inzibatçılığın gücləndirilməsinə xidmət etməklə büdcə şəffaflığının artırılması ilə nəticələnir. Gəlir və xərclərin uçot və hesabatlılığının yüksəldilməsi cari, ilkin və sonrakı maliyyə nəzarətinin işini asanlaşdırmaqla nəticəliliyin qiymətləndirilməsinə, vəsaitlərin qənaətli və səmərəli istifadəsinə gətirib çıxarır.

Dövlət borcu ilə bağlı fikirlərini bildirən palata sədri qeyd edib ki, dövlət borcunun artımı iqtisadi əhəmiyyətli və strateji yükü olan layihələrin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin layihələrin reallaşdırılması gələcək inkişafın ilkin təməllərindəndir. Bu aspektdən biz artıq dövlət borcunun yerinə yetirdiyi iqtisadi funksiyalara diqqət yetirməliyik.

Bildirilib ki, şərti öhdəliklərin dövlətin iqtisadi-maliyyə vəziyyəti qənaətbəxş olduğu təqdirdə nəzərə çarpmaması sonradan maliyyə şoku və ya kritik borclanma riskinin yaranma ehtimalını diqqətdə saxlamağı tələb edir. Bu kimi hallar bir çox ölkələrin təcrübəsində müşahidə olunub. Qeyd edilənlər isə borcun davamlılıq təhlilini də aktuallaşdırmaqla yanaşı, şərti öhdəliklər üzrə məlumatların hüquqi status baxımından qanunvericilikdə əks olunmasını şərtləndirib.

Çıxışlardan sonra müzakirələr başlayıb.

Milli Məclisin deputatları “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər. Layihənin yüksək səviyyədə hazırlandığı qeyd edilib. Bildirilib ki, dövlət büdcəsi sosialyönümlüdür və reallığa əsaslanır.

2017-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi dekabrın 7-də davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar