Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin 80-dək deputatı iştirak ediblər.

Konfransı giriş sözü ilə açan sədr Sahibə Qafarova bildirib ki, ölkəmizdə siyasi islahatların çox mühüm istiqamətlərindən birini siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi təşkil edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb.

Milli Məclisin sədri xatırladıb ki, tariximizin ən parlaq səhifələrindən birini təşkil edən Vətən müharibəsi dövründə vahid mövqe nümayiş etdirən 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edərək Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu hər kəsə göstərib. Prezident İlham Əliyev də martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində ölkəmizdə aparılan siyasi dialoqu təqdir edərək, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyətini qeyd edib.

Çıxışında Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlara da toxunan sədr Sahibə Qafarova vurğulayıb ki, qurultay istər müasir mərhələdə YAP-ın yeni yol xəritəsinin, yeni çağırışların, vəzifələrin müəyyənləşdirilməsi, partiya fəaliyyətinin ölkəmizdə həyata keçirilən islahatlara uyğunlaşdırılması, istərsə də ümumilikdə siyasi sistemimizin gələcək inkişafı baxımından çox böyük əhəmiyyətə malik olmuşdur. Qurultayda Prezident İlham Əliyevin geniş və dərin məzmunlu nitqində irəli sürülən vəzifələrin yerinə yetirilməsi YAP-ın keyfiyyətcə yeni mərhələyə daxil olmasını və daha da inkişaf etməsini təmin edəcəkdir. Qurultayda kadr və struktur dəyişiklikləri ilə bağlı qəbul olunan qərarlar, Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi Yeni Azərbaycan Partiyasının yüzminlərlə üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Milli Məclisin sədri qeyd edib ki, parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdən ibarətdir. Ötən bir ildə Milli Məclis Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması üçün görülən işlərin parlament səviyyəsində dəstəklənməsi istiqamətində lazımi addımlar atıb. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi işində Milli Məclis daha fəal rol oynamağa başlayıb. Milli Məclisdə 9 siyasi partiyanın nümayəndələri mandat qazanıblar. Ötən ilin sonlarında daha iki partiyanın dövlət qeydiyyatına alınması ilə bu say 11-ə yüksəlib. Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Milli Məclis əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirməklə siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına töhfə verir.

Daha sonra ötən bir ildə Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verən Sahibə Qafarova qeyd edib ki, qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Milli Məclis öz işini məhsuldar həyata keçirməyə çalışıb. Bu dövrdə altıncı çağırış Milli Məclisin ikisi növbədənkənar olmaqla dörd sessiyası başa çatıb, hazırda isə beşinci sessiya davam edir. Bu müddətdə Milli Məclis tərəfindən 38 qanun, Azərbaycan Respublikası qanunlarına 167 dəyişiklik, 51 qərar qəbul edilib. Bu dövrdə Milli Məclisin 44, onun komitələrinin isə 282 iclası keçirilib. Milli Məclisin ötən ilki fəaliyyətinin mühüm bir dövrü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən müharibəsi ilə eyni vaxta təsadüf edib və bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq, Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, əsl həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub.

Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, 2020-ci ilin əvvəllərindən etibarən siyasi islahatların yeni mərhələyə qədəm qoyduğunu, sağlam rəqabətə söykənən siyasi dialoqun formalaşdığını, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edildiyini, 9 illik fasilədən sonra 7 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, qərargahı olmayan siyasi partiyalar üçün müvafiq yerlər ayrıldığını, habelə aidiyyəti istiqamətdə görülmüş işlər nəticəsində 25 siyasi partiyanın qurultay keçirdiyini diqqətə çatdırıb.

Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin qurulmasından danışaraq, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlığın meydana gəldiyini bildirib. O, həmçinin Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığının isbat olunduğunu, siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını qeyd edib.

Şöbə müdiri Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləyən və milli birliyə səsləyən birgə bəyanatlarının, habelə beynəlxalq qurumlara birgə müraciətlərinin mütərəqqi önəmini xatırladıb.

Ədalət Vəliyev, həmçinin ölkənin siyasi mühitinin təkmil təməllər üzərində qurulması istiqamətində aparılan islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar nəticəsində iqtidar partiyasının fəaliyyətinin optimallaşdırıldığını, qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasının ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisi olduğunu deyib.

VI çağırış Milli Məclisin ilk iclasında Prezidentin deputatlar qarşısında duran vəzifələrə dair tövsiyələrinin əhəmiyyətini vurğulayan şöbə müdiri dövlətçiliyin möhkəmləndirilməsi üçün Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin qanunverici orqanın rəhbərliyində təmsil olunduğunu, deputat fəallığının artmasının vətəndaş məmnunluğunu yüksəltdiyini bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşadığını qeyd edən Ədalət Vəliyev indiki dövrdə mövqeyindən və statusundan asılı olmayaraq hər bir fərdin – bütünlükdə Azərbaycan cəmiyyətinin vəzifəsinin bu tarixi Qələbəni möhkəmləndirmək, şəhid ailələri və müharibə iştirakçılarının qayğısına qalmaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa edərək dirçəltmək, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə geniş məlumatlandırma işi aparmaq olduğunu vurğulayıb.

Sonra müzakirələrə başlanılıb.

Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Respublikaçı Alternativ Partiyasının üzvü, Milli Məclisin deputatı Erkin Qədirli, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyev, Milli Məclisin deputatı, bitərəf Vüqar Bayramov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, bitərəf Sahib Alıyev qeyd ediblər ki, son dövrlərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi islahatların dərinləşməsi, siyasi dialoqun gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr verir. Çıxışlarda bildirilib ki, Azərbaycanda ciddi və möhkəm əsaslara malik olan siyasi dialoq mühiti mövcuddur və bu da yeni siyasi konfiqurasiyada ölkəmizdə siyasi institutların fəaliyyətinə geniş imkanlar yaradır. Qeyd olunub ki, ümummilli məsələlərdə həmrəylik, yüksək siyasi davranış mədəniyyətinin mövcud olması Azərbaycanda bütövlükdə siyasi sistemin, demokratik prinsiplərin daha da inkişaf etməsinə töhfə verir. Həmçinin Azərbaycanda siyasi dialoq mühitinin dərinləşdirilməsi, siyasi islahatların daha da genişləndirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO