CƏMİYYƏT


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilir

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə üç məsələnin daxil edildiyini deyib.

Komitə sədri bildirib ki, iclasda “Mikro və kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi birinci oxunuşda, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.