Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 32 məsələ daxildir.

Sonra cari məsələlər müzakirə olunub.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələrinin buraxılmasıyla əlaqədar Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə və TBMM-in sədri Binəli Yıldırıma dərin təşəkkürünü bildirib. Qeyd edib ki, həmin sikkələr Milli Məclisin deputatlarına təqdim olunub.

Çıxış edən deputatlar da qardaş ölkənin Böyük Millət Məclisinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra gündəlikdəki məsələlərə baxılıb.

Əvvəlcə ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə ilə çıxış edib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf konsepsiyasına uyğun olaraq 2018-ci ildə də ölkəmizdə ardıcıl və məqsədyönlü islahatlar aparılıb. Dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin də inkişafı məsələləri diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.

Nazir müavini bildirib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında” qanunlarda bələdiyyələr üçün bir sıra yeni hüquq və vəzifələr müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı” qaydaları vergiyə cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətçiləri barədə bələdiyyələrin məlumatlar almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində onların imkanlarının artmasına yönəlib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbiristanlıqların salınması, idarə olunması, qorunması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri müəyyən edilib.

Dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması”na dair tədbirin icrası ilə bağlı maarifçilik tədbirləri keçirilib, kəndin inkişaf modelinin yaradılması məqsədilə 7 pilot bələdiyyə seçilib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabı bələdiyyələrə göndərilib, habelə “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" çap edilərək təqdimatı keçirilib və bir sıra digər tədbirlər görülüb.

Ölkə üzrə 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur. Onlardan 69775 akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 təklif isə baxılmaqdadır. Qəbul edilməmiş 9 təklif üzrə isə məhkəmələrdə iddia qaldırılıb. Dörd iddia məhkəmə tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmaqdadır. İl ərzində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

Bələdiyyə aktlarının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin bələdiyyələrin 143 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 2247 müraciətdən 1988-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 141-i aidiyyəti üzrə göndərilib, 118 müraciət isə baxılmaqdadır. Onlardan 82-si təmin edilib.

Əldə olunmuş tərəqqiyə baxmayaraq, bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.

Vilayət Zahirov qeyd edib ki, bələdiyyələrin fəaliyyətinə metodik, hüquqi kömək göstərilməsi məqsədilə maarifçilik tədbirləri davam etdirilib. Araşdırma zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 5976 tövsiyə göndərilib. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilib. İl ərzində 21 tədris kursu, 224 təlim və seminar təşkil edilib. Bələdiyyələrin milli assosiasiyalarının təşkilatçılığı ilə 27 bələdiyyə sədri ayrı-ayrı qruplarla Türkiyə, Latviya, Litva, Bosniya və Herseqovinada yerli özünüidarə orqanlarının təcrübəsi ilə tanış olublar. Bütövlükdə 249 maarifçilik tədbiri keçirilib və bu tədbirlərdə 9825 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. 15 metodik vəsait və tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilib.

Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək 2018-ci ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumları və başqa beynəlxalq təşkilatlar ilə əməkdaşlıq davam etdirilib.

Sonra iclasda regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə illik məruzəyə dair fikirlərini açıqladı. Müzakirələr zamanı çıxış edən deputatlar illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2016-cı ildə gördüyü işləri müsbət dəyərləndirdilər.

Sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov 2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə”, 2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə”, 2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” protokolların təsdiq edilməsi haqqında qanun layihələrini təqdim edib.

Ötən il Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalandığını xatırladan komitə sədri bildirib ki, bu Konvensiya digər Xəzəryanı ölkələr kimi Azərbaycanın da dövlət və milli maraqlarına cavab verir. Konvensiyanın imzalanması ilə bağlı bu protokolların da təsdiq edilməsi təklif olunur.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Sonra deputatlar “Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında”, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında", “Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini təsdiqləyiblər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, bu sənəd tarixi əhəmiyyət daşıyır və Azərbaycanın maraqlarına tam cavab verir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında”, “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” sazişlərin təsdiq edilməsi haqqında qanun layihələrini təqdim edib.

Müzakirələrdən sonra sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Ziyad Səmədzadə “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Sənəd səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

Komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, təklif olunan qanun layihəsi Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə həmin Qanunla və “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada çağırırlar.

“Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə əsasən, konsul ona həvalə olunmuş funksiyaları konsulluğun yerləşdiyi dövlətin ərazisində həyata keçirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 3.2.-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq layihəyə “xaricdə yaşayan” və “müddətli” sözlərinin əlavə edilməsi təklif olunur.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə hərbi komissarlıqlar ləğv edilib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Buna uyğun olaraq layihədə “hərbi komissarlıqlara” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilir.

Komitə sədri Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişiklik dəqiqləşdirmə və valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə hazırlanıb.

Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, bu sənəd maliyyə bazarları sahəsində aparılan yoxlamalara bu qanunun şamil edilməməsi məqsədilə hazırlanıb.

Qeyd edilib ki, maliyyə bazarlarının (bank, sığorta, qiymətli kağızlar və digər maliyyə sektorları) dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın. Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi maliyyə bazarları sahəsində aparılan yoxlamalara tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Belə ki, adıçəkilən Qanuna əsasən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə Qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir. Təklif olunan dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarları sahəsində aparılan yoxlamalar da əlavə edilir. Sənəd səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihəsi səsvermə yolu ilə qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd edib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və 2018-ci il 29 iyun tarixli “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunun icrası ilə əlaqədardır. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Sonra “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, dəyişikliklər vəkillik fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Layihəyə əsasən yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Habelə Vəkillər Kollegiyasına üzvlük haqqının vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə ödənilməməsi təklif edilir. Qanun layihəsi səsvermə yolu ilə qəbul edilib.

Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, bu gün dünyada gedən ictimai-siyasi proseslər istənilən ictimai sahənin inkişafını stimullaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsi bu inkişafı şərtləndirən əsas amillərdən biri olduğu üçün hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir. “Gənclər siyasəti haqqında” Qanuna ediləcək dəyişikliklər də məhz bu vəzifələri ehtiva edir.

Sənəd səsə qoyularaq təsdiqlənib.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ikinci oxunuşda müzakirəyə çıxarılan “Kitabxana işi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədilə hazırlanıb. Bu, indiyədək bu sahədə mövcud olan pərakəndəliklərin qarşısını alacaq və kitabxana resurslarının bir mənbədən idarə olunmasına xidmət edəcək. Sənəd səsə qoyularaq təsdiqlənib.

Əmək və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda təqdim edilib. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklikləri ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin, eləcə də bu hüquqi hərəkətlərə görə dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Komitə sədri “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin də eyni məqsədlə edildiyini diqqətə çatdırıb. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılıb.

Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Qanun layihəsi müzakirə olunaraq qəbul olunub.

Bununla da Milli Məclis işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb