SİYASƏT


Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir.

Növbədənkənar sessiyanın çağırılması ilə bağlı qərar Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı əsasında verilib. Sahibə Qafarova iyulun 31-də parlamentin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin İntizam komissiyası avqustun 2-də keçirilən iclasında Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib. Məsələ müzakirə olunmaq üçün plenar iclasa tövsiyə edilib.

Deputat toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.