Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib YENİLƏNİB-4

Bakı, 7 mart, AZƏRTAC

Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iclasda iştirak edib.

Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə parlamentin adından təbrik edən Milli Məclisin sədri Oqtay ƏSƏDOV deyib:

-Mehriban Əliyeva 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Xanım Mehriban Əliyeva bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Eləcə də dörd amnistiya aktının müəllifidir. Hər amnistiya aktı on min məhbusa şamil olunurdu. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.

Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.

Mehriban Əliyevanın geniş xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda Mehriban Əliyevaya üz tuturlar. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Buna görə də Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Mən əminəm ki, o, yeni vəzifəsində də millətimizin, xalqımızın vəkili olaraq qalacaq. Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə bizim həmkarımız Mehriban Əliyeva məsləhət bilinib. Bu qərarına görə möhtərəm Prezident İlham Əliyevə Milli Məclis adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu vəzifəsində də Mehriban xanım Əliyeva hər zaman olduğu kimi xalqına, dövlətinə xidmət edəcək.

Xanım Mehriban Əliyeva iclasda çıxış edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

-Hörmətli Oqtay müəllim. 

Hörmətli millət vəkilləri.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.

Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olmuşdur. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir.

Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli millət vəkilləri, namizədliyimin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırmasını daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində mən rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam.

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında, ümumilikdə, 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da on minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək.

Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat naminə” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.

Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul olundu.

Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun - ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.

Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam. Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Fürsətdən istifadə edərək, səmimi ürək sözlərinə və dəstəklərə görə mən onların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə çox sağ olun.

X X X

Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏSGƏROV çıxış edərək ölkəmizdə vitse-prezident institutunun yaradılmasını zəruri edən amillər, bununla bağlı həyata keçirilmiş Konstitusiya islahatları barədə ətraflı məlumat verib. O deyib ki, Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli bir insan, Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi dövlətimizin başçısına yardımçı olacaq. Mehriban xanımı xarakterizə edən insani keyfiyyətlərindən biri də onun humanistliyidir. Onun təşəbbüsü ilə qəbul edilən dörd amnistiya aktı nəticəsində on minlərlə insan azadlığa, öz ailəsinə qovuşub. Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti çox önəmli bir Sərəncam imzaladı. Penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşməsi haqqında Sərəncam dövlətimizin sosial, hüquqi mahiyyəti ilə bağlı olan bir sənəddir. Ümumiyyətlə, Azərbaycan dövləti mahiyyət etibarilə humanist dövlətdir. Yəqin ki, bu Sərəncamın həyata keçirilməsi ilə əlaqədar parlamentdə də bəzi qanunverici aktlara əlavələr, dəyişikliklər ediləcək, yeni qanunların qəbul olunması zərurəti yaranacaq. Sözsüz ki, bu sahədə də Mehriban xanımın mühüm töhfələri olacaq.

Milli Məclis sədrinin müavini Bahar MURADOVA qeyd edib ki, bu gün Azərbaycan parlamentinin tarixində yeni bir ənənənin bünövrəsi qoyuldu. Mehriban xanım Əliyeva bu gün Milli Məclisdə çıxış etməklə vitse-prezident səlahiyyətinə başlamamışdan əvvəl həm xalqa, həm dövlətə, həm də parlamentə hesabatını verdi. Bu, çox gözəl bir ənənədir. Əminik ki, Birinci vitse-prezident Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu missiyanı çox böyük ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki biz ondan yalnız belə fəaliyyət, xalqa, Vətənə belə xidmət görmüşük.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən Mehriban xanımın sivilizasiyaların, mədəniyyətlərin bir araya gətirilməsi istiqamətindəki səyləri dünya nizamının yaxşılaşması və harmoniyanın olması baxımından çox faydalıdır. Mehriban Əliyeva Azərbaycan qadınlarının tarix boyu əldə etdikləri uğurlara daha böyük bir uğur gətirdi. Bu gün o, ali icra hakimiyyəti orqanında yüksək vəzifə daşıyıcısıdır və bununla da Azərbaycan qadınının ölkənin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu sübut etdi. Xalqımız hər zaman Mehriban Əliyevanın yanında olacaq, onun uğurlarına sevinəcək.

Çıxış edən deputatlar Siyavuş Novruzov, Fəzail İbrahimli, Elmira Axundova, Sahibə Qafarova, Azay Quliyev, Məlahət İbrahimqızı və Rauf Əliyev Mehriban xanım Əliyevanın xeyirxah əməllərindən danışaraq onun bu yeni vəzifədə də xalqımıza, dövlətimizə layiqincə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Xanım Mehriban ƏLİYEVA onun fəaliyyətinə verilən qiyməyə görə minnətdarlığını bildirərək dedi:

-Hörmətli sədr, hörmətli həmkarlar.

Mənim haqqımda dediyiniz xoş sözlərə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü, layiq komanda durur. Mən yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım, məni dəstəkləyən soydaşlarımız var və ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan Prezidenti var. Biz birgə əyilməz bir gücük. Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik. Çox sağ olun.

x x x

Sonra Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələ müzakirə edilib. Deputat İqbal Məmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçilib.

Daha sonra deputatlar Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Alim Səlim oğlu Quliyevi, Vadim Ələddin oğlu Xubanovu və Aftandil Qasım oğlu Babayevi Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin ediblər.

Daha sonra insan hüquqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi dinlənilib.

Ombudsman Elmira SÜLEYMANOVA bildirib ki, illik məruzədə müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Bu baxımdan digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq müdafiə vasitələrini tamamlayan müvəkkil ötən müddətdə öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurub, səlahiyyətləri daxilində tədbirlər görməklə bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olub. İnsan hüquqlarının pozulması hallarında lazımi tədbirlər görülüb, aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, zəruri hallarda müvafiq tapşırıqlar verilib, təkliflər irəli sürülüb. Məsələlərin həllinə yönəlmiş məsləhətlər və tövsiyələr verilib. Müvəkkilin həyata keçirdiyi fəaliyyət çərçivəsində istər Bakı şəhərində, istərsə də regionlarda daim insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılıb, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranması səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, tədbirlər görülüb. Müvəkkilin fəaliyyətinin səmərəli formalarından biri də müvafiq dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhalinin qəbulunun təşkil edilməsi, silsilə görüşlərin keçirilməsi olub. Ölkənin müxtəlif bölgələrində yaşayan əhalinin müvəkkilə müraciətlərinin asanlaşdırılması üçün ətraf rayonlar da əhatə edilməklə dörd regionda - Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər, 24 saat fəaliyyət göstərən 916 nömrəli “Uşaq qaynar xətti” və işgəncələrə qarşı “qaynar xətt” fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə müvəkkil və əməkdaşları tərəfindən aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşlər, həmçinin yerlərdə, o cümlədən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar zamanı ümumilikdə 3636 şəxs qəbul edilib, onlara müvafiq məsləhət və izahatlar verilib. Şikayətlərin 42,6 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 63,6 faizi təmin olunub. 2016-cı ildə Bakıda və regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə respublikanın 57 şəhər və rayonunda ictimai dinləmələr keçirilib.

“Uşaq hüquqları aylığı” çərçivəsində ölkənin şəhər və rayonlarında regional mərkəzlərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə orta məktəblərdə və uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunub.

Müvəkkil dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarına müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına, eyni zamanda, davamlı olaraq dünya ictimaiyyətini çaşdıran saxtakarlıqlara son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə, beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgəyaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırıb.

Ötən illər ərzində müvəkkil qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin dövlət səviyyəsində həyata keçirilən bir sıra plan və proqramların icrası, habelə monitorinqi prosesində iştirak edərək, öz rəy və tövsiyələrini verib, onları insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından dəyərləndirib, bir sıra proqram layihələrinin hazırlanması prosesində iştirak edib, Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə, Konstitusiya Məhkəməsinə, Nazirlər Kabinetinə, nazirlik və komitələrə, digər icra strukturlarına insan hüquq və azadlıqlarının pozulması halları barədə müxtəlif məlumatlar və problemlərin həlli yollarına dair tövsiyələr, habelə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsi ilə bağlı müxtəlif təkliflər göndərilib.

Müzakirələr zamanı çıxış edən deputatlar məruzə barədə fikirlərini açıqlayıb, bir sıra təklif və tövsiyələrini veriblər. Çıxışlardan sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin illik məruzəsi səsə qoyularaq nəzərə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

Azərbaycan millisinin Latviya və Macarıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan-Macarıstan münasibətlərinin əsasında qarşılıqlı hörmətə söykənən real dostluq dayanır ŞƏRH

Milli Məclis sədrinin müavini: Ulu Öndərin siyasi irsi bu gün də gənc nəsil üçün örnəkdir

Respublika üzrə may ayının pensiya ödənişi yekunlaşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı silsilə tədbirlərlə qeyd olunub

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

“Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilir

Gürcüstan XİN Avropa İttifaqının nümayəndəsinin ölkəyə buraxılmamasını texniki anlaşılmazlıq adlandırıb

Velosiped və skuter sürənlər qaydalara nə qədər əməl edir? – REPORTAJ VİDEO

Velosiped və skuter sürənlər qaydalara nə qədər əməl edir? – REPORTAJ VİDEO

Akademik: Elmə və maarifçiliyə dəyər vermək Heydər Əliyev məktəbinin əsas prinsiplərindəndir

“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayevdən

“Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

David Manukyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib

TDT-nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi

“Kiçik akademiya”ların fəaliyyəti genişləndirilir

“Azərkosmos” və “Profen” yerüstü stansiya xidmətləri sahəsində əməkdaşlıq edəcək

Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tədbir keçirilib

Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib

Yaz kimi gələn ömür - bu dünyanın Vaqifi

“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub

UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

Cənubi Qafqaz ölkələri arasında ən az yol qəzası Azərbaycanda qeydə alınıb - STATİSTİKA

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

Avstraliyanın şərqində daşqınlar nəticəsində azı dörd nəfər ölüb

Media: Marko Rubio Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb

Vaşinqton Brüsseli tarifləri birtərəfli qaydada azaltmağa məcbur edir

Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib

Məhkəmədə Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib

Zaur İmrani: Coğrafiya İnstitutunda elmi kadrların birgə fəaliyyəti nəticəsində kompleks tədqiqatlar aparılır MÜSAHİBƏ

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Ortaq dəyərlərimizlə bağlı Türkiyə muzeyləri ilə birgə layihələr reallaşdırılacaq

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

DSMF-nin xərcləri artıb

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində çap edilib

Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib

Respublika Gənclər Kitabxanasında cərrah, türkoloq alim Cavad Heyətinin xatirəsi anılıb

Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib

Türkiyənin İqdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub

Azərbaycan nümayəndə heyəti Türk Ədliyyə Təlim Şəbəkəsinin konqresində iştirak edir

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə dayanıqlı əməkdaşlığını gücləndirir ŞƏRH

Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub

Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır

Komitə rəsmisi: Qloballaşma dövründə ailə institutunun möhkəmləndirilməsi istiqamətində vacib addımlar atılmalıdır

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydaları dəyişir

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Gürcüstan ilə Avropa İttifaqı arasında gərginlik artır

İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək VİDEO

İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək VİDEO

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

Pambığın alqı-satqısında elektron sənədləşdirmə sistemi tətbiq ediləcək

“Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilir

İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY

Nəsimi Rayon Prokurorluğunda seminar keçirilib

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

“Real Madrid” Ançelotti ilə yollarını ayırdığını açıqlayıb

Mülki Məcəlləyə dəyişiklik: Müraciət etməmiş mirasçıların hüquqları qorunacaq

Daniele Ruqani “Yuventus”a qayıdacaq

Fransa gəmisi Rusiya donanmasını müşahidə etmək üçün Baltik dənizinə gəlib

Əlliyə yaxın ölkə ADA Universitetinin 13-cü Beynəlxalq Festivalında bir araya gəlib VİDEO

Əlliyə yaxın ölkə ADA Universitetinin 13-cü Beynəlxalq Festivalında bir araya gəlib VİDEO

Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir VİDEO

Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir VİDEO

Almaniya iqtisadiyyatı ilin birinci rübündə güclü artım nümayiş etdirib

Leysan olacaq, dolu düşəcək - PROQNOZ

“Chiquita” şirkəti minlərlə işçisini ixtisar edib

Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir VİDEO

Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir VİDEO

“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib

İflas prosedurları və məlumatvermə müddətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib

Baş prokuror BMT Baş katibinin müavini ilə görüşüb

Media: Rekord sayda amerikalı Britaniya vətəndaşlığı almaq üçün müraciət edib

Qarabağ Universitetinin tələbələri və media nümayəndələri Nəsimi Rayon Prokurorluğunda olublar

Baş direktor: Mərkəzi Bank nəzarət funksiyasının effektiv təmin edilməsi məqsədilə ciddi islahatlara önəm verir

Nazirlik rəsmisi: Yüksək səviyyədə təşkil olunan yarışlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının sübutuna çevrilib

“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir

MDM: Azərbaycanın beynəlxalq mərkəzi depozitar sistemində hesab açması istiqamətində işlər aparılır

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib

AQTA: Qurban bayramı günlərində heyvan kəsimi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis olunur

Azərbaycanla Pakistan bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək

“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb

Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur VİDEO

Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur VİDEO

2018-ci ildən dövlət istiqrazları bazarı 9 dəfə artıb

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

Niderlandın Kralı Villem-Aleksandrdan

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik

Parlament Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasındakı Anlaşma Memorandumunu təsdiqləyib

Yaponiyada zəlzələ olub

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy” şirkəti fəaliyyətinin 10 illik yubileyini qeyd edib

BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir

Milana Mirfeyzullazadə: Məqsədimiz festival vasitəsilə ADA Universitetinin beynəlxalq mühitinə töhfə verməkdir

Bu il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı 130 min 641 nəfərə çatıb

KOBİA sədri: Qanunsuz maliyyə axınları dövlətlərin iqtisadi təhlükəsizliyinə zərbə vurur

Məleykə Abbaszadə: Ali məktəblərə qəbul üçün müsabiqə şərtlərində dəyişiklik yoxdur