İDMAN


Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək

Bakı, 21 avqust, AZƏRTAC

Milli Paralimpiya Komitəsində (MPK) Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə iki qurum arasında birgə əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib.

MPK-nın prezidenti İlqar Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə “AmCham Azərbaycan”ın nümayəndələrinə geniş məlumat verib, birgə əməkdaşlığın mümkün istiqamətləri barədə öz təkliflərini qonaqların diqqətinə çatdırıb.

“AmCham Azərbaycan”ın icraçı direktorunun müavini Zaur Kərimov çalışdığı qurumun fəaliyyəti barədə məlumat verib. Z.Kərimov həmişə MPK-nın fəaliyyətini izlədiklərini və paralimpiyaçılarımızın əldə etdikləri uğurlara sevindiklərini bildirərək, komitə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

Müzakirələrin yekunu olaraq paralimpiya hərəkatının inkişafına dəstək ola biləcək birgə layihələrin və təqdimatların hazırlanması, korporativ sosial məsuliyyət mövzusunda tədbirlərin keçirilməsi və bu istiqamətdə nüfuzlu şirkətlərlə əlaqələrin qurulması sahəsində birgə fəaliyyət barədə razılığa gəlinib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.