CƏMİYYƏT


Milli Qəhrəman: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” Forumu gənclərin fəaliyyətinə müsbət təsir edəcək VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda I Forumunda hüquq mühafizə orqanları rəhbərlərinin çıxışları gənclərin gələcək fəaliyyətində önəmli rol oynayacaq.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyev deyib.

Milli Qəhrəman qeyd edib ki, forumda gənclərin Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək dövlətimizin müstəqilliyinin möhkəmlənməsində və iqtisadiyyatın inkişafında önəmli rol oynaması məsələsi müzakirə olundu. Gənclər daha enerjili, innovativ və çevikdir. Bu forum gənclərin fəaliyyətinə müsbət təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.