Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Qurtuluş – Heydər Əliyev dühasının məhsulu

Milli Qurtuluş – Heydər Əliyev dühasının məhsulu

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan xalqının taleyində elə əhəmiyyətli günlər var ki, həmin günlərdə onun gələcəyini müəyyənləşdirən mühüm başlanğıcların təməli qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyevdir. AZƏRTAC Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun müsahibəsini təqdim edir.

- Vahid müəllim, 15 iyun – Milli Qurtuluş gününü necə dəyərləndirirsiniz?

- Hər bir xalqın tarixində onun taleyinin həll edildiyi və əsrlər boyu anılacaq günlər olur ki, məhz həmin günlər dövlətçilik məfkurəsində yeni bir dövrün başlanğıcı kimi qəbul olunur. Məhz iyunun 15-i Milli Qurtuluş Günü kimi xalqımız tərəfindən bayram günü olaraq qeyd edilir. Bəli, hamıya su kimi aydındır ki, 1993-cü il iyunun 15-i ölkəmizin müstəqilliyinin xilas olunduğu, parçalanma və bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmə təhlükəsinin sovuşduğu, xalqımızda qələbə inamının doğulduğu gün, Azərbaycan tarixinin qızıl səhifələrindən biri kimi daim əziz tutulacaq, bayram ediləcək. Onun da sübuta heç bir ehtiyacı yoxdur ki, bu tarixi gün ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində reallığa çevrilib. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll edildi, ölkədə əmin-amanlıq, siyasi sabitlik bərqərar olundu.

- Qurtuluş Gününün dövlətçiliyimiz və xalqımız üçün əhəmiyyəti özünü hansı sahələrdə büruzə verir?

- 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin – Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanması, dönməz və əbədi edilməsi, habelə dünyəvi, demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində cahanşümul işlərə başladı. Müdrik rəhbərimizin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu.

Heydər Əliyev ümumxalq dəstəyinə arxalanaraq, özünün yenilməz siyasi iradəsi, rəhbər qətiyyəti və zəngin idarəetmə təcrübəsi sayəsində Azərbaycanda vətəndaş müharibəsi alovlarını söndürdü, baş qaldırmaqda olan separatçılıq meyillərinin kökünü kəsdi və dövləti keçmiş zamanlarda olduğu kimi, xanlıqlara parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu quruculuğuna başladı, Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyasını dayandırdı və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail oldu. Eyni zamanda, Ümummilli Liderimiz böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi bünövrəsini yaratmaq üçün Azərbaycanın yeni neft strategiyasını formalaşdırdı və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici investisiyaların ölkəmizə axını məqsədilə möhkəm zəmin yaratdı, iqtisadiyyatın bazar münasibətləri prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsinə və MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlara başladı, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə nail oldu, bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq qanunvericilik bazası yaratdı, dövlət idarəetmə sistemində geniş islahatlar həyata keçirdi, Azərbaycanın beynəlxalq birliyə intensiv inteqrasiyasını təmin etdi və son nəticə etibarilə Azərbaycan Respublikasını Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən daim yüksəlişdə olan bir diyara çevirdi.

- Ulu öndər Heydər Əliyevi tarixi şəxsiyyətə çevirən əsas amillər hansılardır?

- Şəxsiyyət zamanı idarə etməyi, qabaqlamağı, irəli aparmağı bacardıqda mütərəqqi tarixi şəxsiyyətə çevrilir. Başqa sözlə, mütərəqqi lider, şəxsiyyət həlledici məqamlarda tarix yaradır və ona öz damğasını vurur. Heydər Əliyev böyük zəka və iradə ilə zamanı nəinki, idarə edib, qabaqlayıb, irəli aparıb, sözün əsl mənasında Heydər Əliyevin simasında şəxsiyyətin miqyası mövcud cəmiyyətin səviyyəsindən yuxarıda dayanıb, onun inkişaf yollarına işıq salıb. Dünyada qəbul edilmiş meyarlara görə mütərəqqi şəxsiyyət və liderlər bir sıra yüksək keyfiyyət göstəricilərinə malik olmalıdırlar. Lider dedikdə - gələcəyi görən, insanların istək və arzularını vaxtında hiss edən, cəmiyyəti istiqamətləndirən (yol göstərən), düzgün qərarlar qəbul edən, həlli olmayan situasiyalarda məntiqi həllər tapan, öyrədən şəxsiyyətlər nəzərdə tutulur. Sübut etməyə ehtiyac yoxdur ki, ulu öndər Heydər Əliyev liderlik anlamına daxil olan bu meyarlara nəinki cavab verib, hətta daha yüksəkdə qərarlaşıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasında rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Ulu Öndərin şəxsiyyətinə xas olan bir sıra əlavə xüsusiyyətləri də vurğulamamaq olmaz ki, bunların da sırasında vətən və millət sevgisi xüsusi qeyd olunmalıdır. Ulu Öndər çıxışlarının birində deyirdi: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bu məqamda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq!”

- Heydər Əliyevin ümummilli liderlik və mütərəqqi tarixi şəxsiyyət fenomeninin gənc nəslə çatdırılması istiqamətində hansı işlərin aparılmasını zəruri hesab edirsiniz?

- İlk növbədə, Heydər Əliyev irsinin kompleks və dərin təhlilinə ehtiyac olduğunu qeyd edərdim. Bu işdə Ulu Öndərin hələ də yazıb yaratmaq iqtidarında olan müasirləri və silahdaşları ilə yanaşı gənclərimizin iştirakı önəmli olardı. Xaricdə yaşayan vətənpərvər ziyalılarımızla da bu sahədə davamlı əlaqələr yaradılmalı, onlar bu işə sövq edilməlidirlər. Prezident İlham Əliyevin sözləri ilə desək: “Heydər Əliyev ideyaları yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı və qurduğu Azərbaycan yaşayır və inkişaf edir. Biz hamımız Vətənimizi onun göstərdiyi yolla irəli aparmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb