SİYASƏT
Milli birlik və həmrəyliyin gücləndirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır
Ağdam, 30 dekabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərkəzin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən və onun əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin bununla bağlı tarixi xidmətlərindən danışmışlar. Çıxışlarda dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin gücləndirilməsi, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər minnətdarlıq hissi ilə xatırlanmış, Prezident İlham Əliyevin Azərbaycanın dünyada nüfuzunun artmasına və xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həllinə yönəlmiş məqsədyönlü siyasəti təqdir edilmişdir.
Tədbirdə, həmçinin Regional Mərkəzin illik fəaliyyətinə yekun vurulmuş, uğurlar və çatışmazlıqlardan, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.
Sonda xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılmışdır.