İDMAN


Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək

Bakı, 27 sentyabr, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 18:00-da Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda lüksemburqlu həmyaşıdları ilə qarşılaşacaq.

Oyunu İslandiyadan olan baş hakim Helgi Mikael Jonasson idarə edəcək. Ona Egill Gudvardur Gudlaugsson (İslandiya) və Hristo Hadzhiyski (Bolqarıstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Georgi Ginçev idarə edəcək.

Daha əvvəl millimiz Bolqarıstan (0:1) və Türkiyə (1:5) seçmələrinə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.