REGİONLAR
Mingəçevir Dövlət Universitetində ikinci ali təhsil üzrə sənəd qəbulu elan edilib
Bakı, 11 iyul, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilində qəbul aparılan (Mühasibat, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, turizm işinin təşkili, ekologiya, ekologiya mühəndisliyi, informasiya texnologiyaları, nəqliyyat mühəndisliyi, sənaye mühəndisliyi) ixtisasları üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, sənədlərin qəbulu avqustun 31-dək onlayn formada həyata keçiriləcək. Tələb olunan sənədləri [email protected] mail ünvana göndərə bilərsiniz (telefon: 0242758549).
Xaricdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətini təqdim etməlidir.
Təkrar ali təhsil ödənişli əsaslarla aparılır.