REGİONLAR
Mingəçevirdə “VAZ 2106”ya çırpılan “Lada Priora” aşıb, 5 nəfər xəsarət alıb
Mingəçevir, 18 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ötən gecə Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin M.Maqomayev prospektində sürətlə hərəkət edən “Lada Priora” markalı minik avtomobili yolun kənarında dayanmış “VAZ-2106” avtomobilinə çırpılaraq aşıb.
Hadizə zamanı “Lada Priora”nın sürücüsü, 1983-cü il təvəllüdlü Mərdanov Elşən Bakir oğlu, sərnişinləri, 1995-ci il təvəllüdlü Tanrıverdiyeva Könül Nazim qızı, onun bacısı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva, 1991-ci il təvəllüdlü Ədilova Aysel Şamil qzı və “VAZ 2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.