CƏMİYYƏT


Mirsalam Qənbərov: İcra hakimiyyətləri öz ərazilərində nə qədər yaşıllıq olduğunu bilməlidirlər

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Ekspertiza Agentliyinə (DEEA) yaşıllıqların götürülməsi ilə bağlı daxil olan müraciətlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmir.

AZƏRTAC xəbər verir ki, bunu DEEA-nın İdarə Heyətinin sədri Mirsalam Qənbərov Nizami, Nəsimi və Xətai rayon icra hakimiyyəti rəsmilərinin və bələdiyyələrinin iştirakı ilə keçirilən ictimai dinləmə zamanı deyib.

M.Qənbərovun sözlərinə görə, cari ildə agentliyə yaşıllıqların götürülməsi ilə bağlı daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyən müraciətlərə isə rəy verilməyib. O, həmçinin bildirib ki, vətəndaşlardan hər hansı yaşıllığın götürülməsi ilə bağlı icra hakimiyyətlərinə, bələdiyyələrə məktub daxil olarkən əvvəlcə həmin qurumları özləri ona vizual baxış keçirməli, qiymətləndirməli, müraciətləri analiz etməli, yaşıllığın götürülməsi qaçılmaz olarsa, o zaman müvafiq rəyin alınması üçün agentliyə müraciət etməlidirlər.

“İcra hakimiyyətləri öz ərazilərindəki yaşıllıqları inventarlaşdırmalı, mütəmadi monitorinq keçirməli və ərazilərində nə qədər yaşıllıq olduğunu bilməlidirlər”, - deyə M.Qənbərov söyləyib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.