MƏDƏNİYYƏT


Mirvahid Əzimov: Şəhərlərin turizm paytaxtı elan edilməsi təklifi Azərbaycan tərəfindən irəli sürülüb

Şamaxı, 24 may, AZƏRTAC

Dünən biz gündəlikdə duran bütün məsələləri müzakirə etdik. Bu gün nazirlərin görüşündə Şamaxı şəhəri türk dünyasının 2023 il üçün turizm paytaxtı elan olundu. Təşkilata üzv olan dövlətlərin turizm Nazirlikləri və turoperatorların birgə səyi ilə Şamaxıda turizmin inkişafına çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Mirvahid Əzimov TDT-nin Turizm nazirlərinin 7-ci iclasının bağlanış mərasimində deyib.

“Artıq müştərək yol xəritəsi qəbul olunub ki, bu da dövlətlər arasında turizmi inkişaf etdirəcək. Şəhərlərin paytaxt elan olunması bu təşkilatın fəaliyyətində bir yenilik sayılır. Şəhərlərin paytaxt elan edilməsi təklifi Azərbaycan tərəfindən irəli sürülüb. Bundan başqa növbəti illərdə türk dövlətlərinin ən yaxşı kəndi seçiləcək ki, bu da zamanında verilmiş ən yaxşı təklifdir. Düşünürəm ki, bu kəndlərin inkişafına, kəndlər arasında rəqabətin yaranmasına gətirib çıxacaq”, - deyə Mirvahid Azimov bildirib.

Şamaxının paytaxt elan edilməsinin səbəbini açıqlayan M.Əzimov diqqətə çatdırıb ki, Şamaxı İpək Yolu üzərində yerləşir və tarixən mövcud olan Şirvanşahların paytaxtı olub: “İnanırıq ki, Şamaxının “Türk dünyasının turizm paytaxtı” elan edilməsi bu şəhəri inkişaf etdirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.