DÜNYA


Misir məhkəməsi Qahirə Universitetində niqabı qadağan edib

Bakı, 28 yanvar, AZƏRTAC

Misir məhkəməsi Qahirə Universitetində qadın müəllim heyəti arasında niqabı qadağan edən qərar çıxarıb. AZƏRTAC “CGTN Africa” portalına istinadla xəbər verir ki, bu barədə misirli vəkil Əhməd Məhran məlumat verib.

Qeyd olunub ki, Qahirənin İnzibati Hüquq Məhkəməsi Qahirə Universitetinin niqab geyinən 80 müəllim və əməkdaşının apellyasiya şikayətini təmin etməyib. Həmin əməkdaşlar universitet kampuslarında niqabın qadağan edilməsi barədə bundan əvvəlki məhkəmə instansiyasının qərarına etiraz etmişdilər.

Vəkil jurnalistlərə müsahibəsində bildirib ki, məhkəmənin son qərarı qətidir və ondan şikayət verilə bilməz. O qeyd edib ki, Misirdə qadınların əksəriyyəti saçlarını örtmək üçün hicabdan istifadə edirlər, lakin niqab adətən ifrat mühafizəkar qadınlar tərəfindən geyilir.

Qahirə Universiteti Misirin ən qocaman ali təhsil müəssisəsidir. Onun rektoru Məhəmməd Osman Elxoşt yerli mətbuata müsahibəsində bildirib ki, universitet rəhbərliyi məhkəmənin qərarına hörmətlə yanaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.