DÜNYA


Misir məhkəməsi ölkə Prezidentinə sui-qəsd cəhdinə görə 8 terrorçunu edam cəzasına məhkum edib

Qahirə, 4 fevral, AZƏRTAC

Misirin hərbi tribunalı ölkə Prezidenti Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanına səfəri zamanı dövlət başçısına və Səudiyyə Ərəbistanının o vaxtkı vəliəhd şahzadəsi Məhəmməd bin Naifə sui-qəsd cəhdinə görə 8 terrorçunu edam cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, hökmün təsdiq edilməsi üçün səkkiz məhkumun cinayət işi ölkənin Ali müftisinə təqdim edilib. Edam cəzası hökmünün qəti olaraq təsdiq edilməsi üzrə məhkəmə iclası martın 6-na təyin olunub.

Bu cinayət işi üzrə təqsirləndirilən 292 nəfər Al-Ariş şəhərində üç hakimin qətlində, Sinay yarımadasının şimalında parlament seçkilərini müşahidə edən hakimlərə silahlı hücumlarda və onlardan ikisinin, həmçinin dörd polis və bir mülki şəxsin öldürülməsində ittiham edilir. Onlar, habelə Sinay yarımadasının şimalında hərbçilərə qarşı silahlı hücumlarda və Al-Ariş şəhərinin aeroport yolunda Silahlı Qüvvələr və DİN əməkdaşlarının keçdiyi ərazidə partlayıcı qurğular yerləşdirməkdə təqsirləndirilirlər. Həmin terrorçular polis məntəqələrinə, təhlükəsizlik qüvvələri və mülki müdafiə qoşunlarının şəhərdə yerləşən idarələrinə minalanmış avtomobillərlə hücum etməkdə də günahlandırılırlar.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.