MƏDƏNİYYƏT


Misirli jurnalist: Qarabağın işğaldan azad edilməsi Azərbaycanın turizm potensialını gücləndirib

Qahirə, 6 oktyabr, AZƏRTAC

Qahirə radiosunun şərhçisi, misirli xanım jurnalist Manal Əli Əlcəzairin “Əl Hərir” portalında “Azərbaycan Şərq və Qərb arasında körpüdür” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, hazırda Azərbaycanın ərəb turistlər üçün ən əsas turizm istiqamətlərindən birinə çevrildiyini qeyd edən jurnalist Qarabağın işğaldan azad edilməsindən sonra bu sektorda yeni imkanlar yarandığını yazıb. O qeyd edib ki, unikal tarixi abidələri, gözəl təbiəti və əlverişli iqlimi turistləri cəlb edir.

Məqalədə ərəb turistlərə və səyahətçilərə Azərbaycanın görməli yerləri, tarixi abidələri və muzeyləri haqqında ətraflı məlumat verilir. Müəllif diqqətə çatdırır ki, bu özəlliklər təkcə ərəb turistləri deyil, həm də Avropa ölkələrindən səyahətçiləri də cəlb edir. Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi, qədim sivilizasiyaların kəsişməsində yerləşən bir mədəniyyət mərkəzi kimi tarixi irsi, paytaxt Bakının gözəlliyindən ətraflı bəhs olunur.

Yazıda diqqətə çatdırılır ki, Qəbələ, Quba və digər rayonların təmiz dağ havası və əsrarəngiz təbiəti turistləri valeh edir. Bundan başqa, qonaqpərvər Azərbaycan xalqının çox ləziz təamlardan ibarət mətbəxi də var. Müəllif qeyd edir ki, azərbaycanlı turistlərin Misirin Şarm əl-Şeyx kurortuna və misirlilərin Azərbaycana turist səfərləri daha intensiv olmalıdır.

Sonda Misir-Azərbaycan əməkdaşlığından, o cümlədən mədəni sahədə əlaqələrdən, habelə Azərbaycan mətbəxinin dolma, plov, qutab, kabab kimi təamlarından ətraflı söhbət açılır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.