Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mixael Hess: Şuşa yalnız beynəlxalq hüquq baxımından deyil, ədəbi, mədəni, etnoqrafik irsə görə də Azərbaycan xalqına məxsusdur

Mixael Hess: Şuşa yalnız beynəlxalq hüquq baxımından deyil, ədəbi, mədəni, etnoqrafik irsə görə də Azərbaycan xalqına məxsusdur

Bakı, 14 may, AZƏRTAC

Şuşa yalnız beynəlxalq hüquq və siyasi baxımdan deyil, həm də ədəbi, mədəni və etnoqrafik irsə görə Azərbaycan xalqına məxsusdur. 2022-ci ilin martında Münhendə alman dilində nəşr edilmiş “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı işğalçıların “bu irsi silmək, təhrif və inkar etmək, bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı” elmi əsaslandırılmış dəlillər ortaya qoyub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri kitabın müəllifi, ixtisasca türkoloq olan, ədəbiyyatşünas və tarixçi alim Almaniyanın Qiesen Universitetinin elmi əməkdaşı almaniyalı alim Mixael Hess söyləyib.

Berlin Azad Universitetində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığından ikinci doktorluq dissertasiyası müdafiə etdiyini bildirən alim deyib: “Azərbaycan ədəbiyyatına da marağım buradan və ixtisasca türkoloq olmağımdan qaynaqlanır. Azərbaycan tarixi, onun müasir siyasi tarixi və inkişaf yolu da mənim elmi-tədqiqat sahəmə daxildir. Məsələn, hələ 2016-cı ildə Aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə və siyasi inkişafına dair “Tanklar cənnətdə. Ermənistan vә Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişәsi” adlı kitabım Berlində alman dilində, 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin araşdırılması” kitabım ingilis dilində nəşr edilib. Bu ilin fevralında isə bu kitabın 44 günlük Vətən müharibəsinin nəticələri əsasında aktuallaşdırılmış yeni üçüncü nəşri işıq üzü görüb”.

Şuşanın mədəniyyət və ədəbiyyat tarixi, bu şəhərin və ümumilikdə Qarabağın yetişdirdiyi ədiblərin yaradıcılığı ilə bağlı elmi tədqiqatlara hələ 2015-ci ildə başladığını deyən Mixael Hess qeyd edib ki, coğrafi cəhətdən elə də böyük olmayan bu füsunkar diyardan, Şuşa və onun ətraf bölgələrindən bu qədər çox sayda şair, yazıçı, musiqişünas, bəstəkar və digər ədiblərin yetişməsi onu həmişə düşündürüb. “2020-ci ilin noyabrında Şuşanın işğaldan azad edilməsindən sonra “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının üzərində intensiv işə başladıq. Kitab üzərində son işi 2021-ci il noyabrın 7-də Şuşaya səfərim zamanı tamamladıq və Berlinə qayıdıb onu çap üçün hazırlamağa başladım. Nəşrin çapa hazırlığının ən son mərhələsində Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi barədə xəbəri aldım. Dərhal çapı dayandırdım, kitabın giriş hissəsində bu vacib faktı və onun Şuşanın 270 illik yubileyinə töhfə olmasını qeyd etdim”, - deyə almaniyalı alim qeyd edib.

Vurğulanıb ki, kitabda Şuşa, Qarabağ və ümumilikdə Azərbaycanın keçdiyi vacib ümumi tarixi və mədəni-tarixi mərhələləri araşdırılır. Qərbdə ictimaiyyətin geniş məlumatlı olmadığı Şuşanın zəngin mədəni və ədəbi irsi, Azərbaycan xalqının bu sahələrdəki nailiyyətləri barədə ətraflı təhlil elmi faktlarla və mənbələr əsasında təqdim olunur.

Mixael Hess, həmçinin qeyd edib: “Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də onun incisi və mədəniyyət məbədi olan Şuşa çoxsaylı tanınmış azərbaycanlı şair, yazıçı, musiqiçi və digər mədəniyyət xadimləri yetişdirmişdir. Məhz həmin şəxsiyyətlərin yaradıcılıqları əsasında Şuşa irsinin Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsasında bərqərar olmasına dair elmi dəlillər qərbli oxucuların diqqətinə çatdırılıb. Ən mühüm nəticə odur ki, beynəlxalq hüquq və siyasi nöqteyi-nəzərindən Azərbaycana məxsus Şuşa və Qarabağ azərbaycanlı ədiblərin, musiqişünasların və digər çoxsaylı ziyalıların əsrlər boyu verdiyi misilsiz töhfə sayəsində ədəbiyyat, mədəniyyət və etnoqrafik irsə görə də Azərbaycan xalqına məxsusdur. Bunlara görə də kitabın yarımfəsillərindən birinə “Musiqili Şuşa-Azərbaycan Vyanası” başlığını vermişik. Şuşa, həmçinin Azərbaycanın mədəniyyət tarixindəki əvəzsiz roluna görə dahi Volfqanq Höte və digər alman ədiblərinin Vətəni olan Vaymar ilə də müqayisə edilib.

Şuşa 28 il 6 ay işğala altında olduğu vaxt bu irsi silmək və təhrif etmək, Azərbaycan xalqından qoparmaq üçün çoxsaylı inanılmaz və absurd cəhdlər göstərilib. Kitab işğalçıların bu irsi silmək, təhrif və inkar etmək, bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi dəlillər ortaya qoyub”.

Şuşa qalasının inşası tarixinə toxunan müəllif qeyd edir ki, bu tarix Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Pənahəli xan Qarabağ xanlığının paytaxtı üçün əvvəlcə Bayat, sonra isə Şahbulaq qalalarını inşa etdirib. Qarabağ və Şuşa xanı İbrahimxəlil (1763-1806) əvvəllər Pənahabad adlanan şəhərə Şuşa adını verib. Bunu İbrahimxəlil xanın hansı səbəbdən etdiyi barədə bizim dövrə müxtəlif versiyalar gəlib çatıb.

Kitabda, həmçinin əsaslandırılıb ki, “Şuşa” sözünün erməni dilində heç bir bilinәn etimologiyası mövcud deyil. Qarabağın xristian məlikliklərinin də ermənilərə aidiyyəti yoxdur.

Mixael Hess diqqətə çatdırıb ki, heç kim Azərbaycan Prezidenti İlham Әliyevin Şuşa şәhәrinә hәmişә xüsusi münasibәtinin olmasına, xüsusilə də Vətən müharibәsindә onun azad edilmәsindә әsas rol oynamsına şübhә edə bilmәz. Azərbaycan Prezidenti, heç şübhəsiz, Şuşanın son dövr tarixindә әn vacib şәxsiyyәtlәrdәndir. “Әziz Şuşa, sәn azadsan...” sözlәrini hәm dә Şuşanın indiki vәziyyәtinin bәlkә әn müxtәsәr tәsviri olması baxımından seçmişik. Vətən müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi və onun bərpası Azərbaycan üçün böyük rəmzi və siyasi məna kəsb edir.

1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şәhәrinin tarixi hissәsinin tarix-memarlıq qoruğu elan etmәk haqqında qәrar” qəbul edilib. Sovet dönəmində Heydər Əliyevin Şuşanın inkişafında xüsusi xidmətlərinin olması kitabda faktlarla göstərilib. 2021-ci ildə Prezident İlham Əliyev haqlı olaraq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Həmçinin 2021-ci ilin avqustunda Vaqif məqbərəsinin yenidən açılışı zamanı Azərbaycan Prezidentinin 59 yaşında olmasının Heydər Əliyevin də 1982-ci ildə 59 yaşında olması ilə müqayisəsi kitabda “böyük rəmzi mənaya malik tarixin təkrarlanması” kimi dəyərləndirilib.

Bununla qərbli oxucuların qəbul edəcəyi bir formada əsaslandırılıb ki, Şuşa Qarabağ xanlarından başlayaraq müstəqillik dövrünədək Azərbaycan liderlərinin siyasi qayğısı altında olub.

Qeyd edək ki, kitabın yazılmasında alman, ingilis, fransız, rus, fars, Azərbaycan və türk dillərində mənbələrdən istifadə olunub. Nəşrdəki elmi fikirlər 1500 sitatla əsaslandırılıb. Kitaba bir sıra vacib foto və xəritələr əlavə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO