SİYASƏT


Mixail Qusman: Peşəkar jurnalistlər yalan informasiyanın qarşısını almaq üçün onlardan asılı olan hər şeyi etməlidirlər VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC tərəfindən təşkil edilmiş “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirildi. Bu sessiyada feyk-xəbərlər barədə söhbət oldu. Mən əminəm ki, yanlış məlumatlandırma problemi dünyada sabitlik üçün təhdid mənbəyidir. Müasir texnologiyalar, müasir çağırışlar dövründə biz – peşəkar jurnalistlər insanların zehninə təsir göstərən və dünyada münaqişələrə səbəb ola biləcək yalan informasiyanın yayılması qarşısına sipər çəkmək üçün bizdən asılı olan nə varsa, etməliyik.

AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.

Mixail Qusman qeyd edib ki, Azərbaycan yanlış məlumatlandırmanın nə qədər təhlükəli olmasını öz təcrübəsinə əsasən bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsi şəraitindədir. Əlbəttə, bu gün informasiya hücumları güclənir. Bu, təkcə Azərbaycana yox, başqa ölkələrə də aiddir.

M.Qusman daha sonra deyib: “Bununla əlaqədar sessiyada mühüm və kəskin söhbətlər aparıldı. Mən insanların bu məsələyə marağını gördüm. Bu, bizim ümumi problemimizdir və bu bəlaya qarşı mübarizədə birləşməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.