SİYASƏT
Moldova mətbuatı Ermənistanın müharibə cinayətlərinə geniş yer ayırır
Kişineu, 16 oktyabr, AZƏRTAC
Moldova mətbuatı Ermənistanın müharibə cinayətləri, Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibəsi və işğaldan azad edilən ərazilərimizə dair açıqlamasına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın “Timpul.md”, “NOİ.md”, “AVA.md”, 1news.md və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, böyük şəhərlərimizin raket atəşinə tutulması, regional neft boru xətlərimizi hədəfə alması və bu kimi müharibə cinayətlərindən bəhs edilib.
Bundan başqa, Moldova KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsində yazdığı “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib” fikrini də dərc edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu