SİYASƏT


Moldovanın aparıcı KİV-ləri Prezident İlham Əliyevin Brüssel səfərini geniş işıqlandırıb

Kişineu, 24 may, AZƏRTAC

Moldovanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “NOİ”, “Publika”, “Primerestiri” və digər xəbər portallarında rus və rumın dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü, o cümlədən Şarl Mişelin üçtərəfli görüşdən sonra mətbuat üçün bəyanatı barədə geniş məlumat verilib.

Məqalələrdə Şarl Mişelin bəyanatında Azərbaycan və Ermənistan arasında danışıqlara dair səsləndirdiyi detallar barədə ətraflı məlumat verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.