Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Monitoring.az” portalı – monitorinq və qiymətləndirmənin elektron mərhələsi

Bakı, 7 dekabr, AZƏRTAC

Müasir dövrün tələbi ilə dünyada rəqəmsal idarəçiliyin tətbiqinin genişləndiyi dövrdə Azərbaycanda dövlət qurumları arasında daha bir elektron sənəd dövriyyəsi sistemi olan “www.monitoring.az” portalı yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və Qiymətləndirmə Qrupu tərəfindən idarə olunan, geniş və unikal funksionallığa malik “monitoring.az” portalı milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə Strateji Yol xəritələrində və digər dövlət proqramlarında qurumların səlahiyyətində olan tədbirlərin icrasının operativ və yüksək səviyyədə yerinə yetirməsi üçün yaradılan platformadır.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, portal əsasən Strateji Yol xəritələrinin, dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının və iqtisadyönümlü təşviq layihələrinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Belə ki, dövlətçilik maraqlarını üstün tutan bu platforma dövlət orqanları arasında çevik rabitəni və sadələşdirilmiş kommunikasiya prosesini eləcə də şəffaflığı təmin edir, hesabatlılığı gücləndirir. Beləliklə bu portalın yaradılması ilə Azərbaycanda monitorinq və qiymətləndirmə institutunun rəqəmsallaşması istiqamətində mühüm addım atılıb. Azərbaycan və ingilis dili olmaqla iki dildə təqdim olunan “monitoring.az” portalının vizyonu rəqəmsal monitorinq və qiymətləndirmə institutunu elektron hökumətin funksionallığı kimi təqdim etməkdir.

“www.monitoring.az”ın digər bir üstünlüyü isə ondan ibarətdir ki, portal dövlət qurumları arasında kağızla aparılan sənəd dövriyyəsini, yəni kağız israfını da dəfələrlə azaldaraq, istifadə olunan kağıza ayrılan maddi vəsaitin həcminə qənaət edilməsinə dəstək olmaqla, öz növbəsində, ekoloji cəhətdən müsbət töhfələr verəcək. Portalın yaradılması təkcə kağız sərfiyyatına deyil, o cümlədən qurumlarda digər inzibati məsələlərin effektiv həllinə və ən əsası zamana qənaətə zəmin yaradılacaq. Bununla da fəaliyyətlərində və hesabatlılıqda effektiv və səmərəlilik əldə olunacaq.

Portalın funksionallığı

Portala daxil olarkən açılan ön səhifədə:

- “Haqqımızda” bölməsində İİTKM-in fəaliyyəti, görülən işlərlə bağlı ümumi məlumat, missiya və vizyon, qaydalar və işçi qrupların tərkibi haqqında məlumatlar ətraflı şəkildə öz əksini tapıb;

- “Qanunvericilik” bölməsində Strateji Yol xəritələri, dövlət proqramları, tədbirlər planı və strategiyaların normativ hüquqi bazası haqqında məlumatlar, Hesabatlıq bölməsində Strateji Yol xəritələri, dövlət proqramları, tədbirlər planı və strategiyaların nəticələri açıq şəkildə ictimaiyyətə təqdim olunub;

- “Kommunikasiya” bölməsində isə Strateji Yol xəritələrinin icra vəziyyəti ilə bağlı keçirilən iclaslar, tədbirlər, videoicmal və fotolar, həmçinin əhalinin irad və təkliflərini göndərməsi üçün xüsusi bölmə yer alıb.

Qeyd edək ki, göndərilən təkliflər ideya bankında toplanaraq ölkədə islahatların aparılması prosesinin növbəti mərhələsində nəzərə alınacaq. Demək ki, vətəndaşlar nəinki dövlətin gördüyü bütün bu işləri şəffaf şəkildə izləyəcək, həmçinin prosesin bilavasitə iştirakçısına çevriləcəkdir. Bu da demokratik cəmiyyətin ən mühüm göstəricilərindən biridir.

Rəqəmsal təqvim

www.monitoring.az”ın daha bir unikal funksionallığı portalın ön səhifəsində yerləşən “Rəqəmsal təqvim” bölməsidir. Bu təqvim ölkə ictimaiyyətinin və vətəndaşların aparılan islahat prosesləri çərçivəsində görülən işlərlə tanış olmasına xidmət edir. Belə ki, bu təqvimə daxil olan hər kəs işçi qrupların iclasları, həmin iclaslarda müzakirə olunan mövzular, keçirilən tədbirlər və digər məsələlər barədə ətraflı məlumat əldə edəcək. Bu da öz növbəsində, vətəndaşlara dövlətin iqtisadiyyatın inkişafı istiqamətində gördüyü işləri şəffaf və açıq formada izah edəcək. Həmçinin işçi qrupun üzvləri də keçiriləcək iclaslar, tədbirlər barədə əvvəlcədən məlumat əldə edəcəkləri üçün kommunikasiya keyfiyyətinin artırılmasına xidmət edəcək. 

Portalın daxili sənəd mübadiləsinə keçid etdikdən sonra dövlət qurumları arasında islahat tədbirlərinin vacib hissəsi olan monitorinq və qiymətləndirmə prosesini görmək olar. Əvvəllər qurumlar arasında gedən bütün bu fiziki proseslər, sənəd dövriyyəsi artıq tamamilə eyni şəkildə “monitoring.az” portalı üzərindən həyata keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılan fəaliyyət əsaslı monitorinq və qiymətləndirmə prosesində üç tərəf iştirak edir:

- Əlaqələndirici qurum - bütövlükdə prosesin mərkəzində dayanan əlaqələndirici qurum sənəd dövriyyəsini idarə edir, hər bir yol xəritəsi üzrə əvvəlcədən təyin edilən, monitorinq qrupu tərəfindən hazırlanan sualları icraçı qurumlara ötürür. Daha sonra isə icraçı qurumlar tərəfindən yol xəritələrində nəzərdə tutulmuş tədbirlər nəzərə alınmaqla suallar üzrə cavabları toplayaraq monitorinq qrupuna ötürür. Monitorinq qrupu ilə icraçı qurumlar arasında vasitəçi rolunu oynayan əlaqələndirici qurum, həmçinin öz daxili sənəd dövriyyəsində məlumatların tamlığını və düzgünlüyünü yoxlaya bilir.

- İcraçı qurum - hər bir yol xəritəsi üzrə icra prosesini yerinə yetirir. Görülən işlərə hər bir icraçı qurumun və işçi qrupun rəhbəri tərəfindən nəzarət də ola bilər. Belə ki, qurumun rəhbəri işçilərdən gələn rəylərə baxa, təsdiqedici sənədləri monitorinq qrupuna və əlaqələndirici quruma göndərə bilər. İcraçı qurumun portalda gördüyü işlər bununla bitmir. O, eyni zamanda, portalda icra vəziyyətini sistem tərəfindən hesablanaraq hazırda topladığı icra faizlərini real vaxt rejimində görmək imkanına malikdir. İcraçı qurum işçi qrupa görüləcək işlərin real vəziyyəti barədə geniş məlumat verə, işlərin vaxtında icra olunmasını və prosesin şəffaflığını təmin edəcək. İcraçı qurum, həmçinin şərh yaza və təsdiqedici sənəd göndərə bilər.

- Monitorinq qrupu – əvvəlcə sualların hazırlanması və ölkə başçısının sərəncamlarına uyğun olaraq Strateji Yol xəritələrində, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinq və qiymətləndirməni həyata keçirir. İcraçı qurumlar tərəfindən yazılan şərhlər monitorinq qrupu tərəfindən cavablandırıla və yenidən nəzərə alına bilər. Əlaqələndirici qurum tərəfindən monitorinq qrupuna göndərilən ilkin hesabat qrup tərəfindən fəaliyyətin qiymətləndirilməsi funksiyasından sonra rəyə göndərmə prosesində iştirak edir, görülən işlərə şərh yazır. Portalda hər bir yol xəritəsinin, dövlət proqramının, strategiyaların hansı quruma aid olmasına və icra vəziyyətinə baxır. Bir sözlə, monitorinq qrupu portal vasitəsilə bütün sənəd dövriyyəsinə tam formada nəzarət edə bilir. Yekunda monitorinq qrupu tərəfindən ictimaiyyətə açıqlanır.

www.monitoring.az” portalından əldə edilmiş məlumatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “azranking.az” portalına ötürülərək orada islahat tapşırıqları generasiya olunduqdan sonra, yenidən islahatın monitorinqinə başlanılır. Beləliklə “monitoring.az” və “azranking.az” portalları arasında funksional əlaqə yaranır.

Portalın yaradılması ərəfəsində monitorinq və qiymətləndirmə prosesi üzrə beynəlxalq təcrübədə kifayət qədər uğur qazanan Dünya Bankının mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılıb. Hazırda monitorinq və qiymətləndirmə prosesi Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlıq şəraitində təyin edilən metodoloji çərçivə əsasında həyata keçirilir. Portalın uğurlu fəaliyyəti üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) monitorinq və qiymətləndirmə metodologiyasının, eyni zamanda, proqram təminatının daha da təkmilləşdirilməsi istiqamətində danışıqlar aparılır. Məqsəd yalnız fəaliyyət əsaslı deyil, eləcə də nəticə və sorğu əsaslı monitorinq və qiymətləndirmə proseslərini “monitoring.az” portalı vasitəsilə həyata keçirməkdir.

Oktyabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə “BP Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə “monitoring.az” portalının təqdimat mərasimində portalın funksionallığı real vaxt rejimində ictimaiyyətə təqdim olunub.

Beləliklə, “monitoring.az” portalının fəaliyyətə başlaması ilə yuxarıda qeyd edilən bütün proseslər tam şəffaf reallaşdırılacaq, əlaqələndirici, icraçı və monitorinq qurumları arasında koordinasiya prosesinə sərf olunan vaxta və digər resurslara qənaət ediləcək və real vaxt rejimində aparılan bütün bu hesabatlılıq da öz növbəsində, iş tempinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO