ELM VƏ TƏHSİL
Monitorinq Mərkəzinin direktoru bayağı mahnılara görə tətbiq ediləcək cərimə məsələsinə aydınlıq gətirdi
Bakı, 6 aprel, AZƏRTAC
Vaxtilə sənətkarlarımız Azərbaycan dilində gözəl ifa nümunələri yaradıblar. O mahnılar bu gün həm oxunur, həm dinlənilir, həm də tamaşaçıda böyük ruh yüksəkliyi yaradır. Hər bir insan özünün ruhuna uyğun olanını bu retro mahnılarda tapır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professoru Sevinc Əliyeva deyib. Onun sözlərinə görə, hər bir ifaçı düşünməlidir ki, o Azərbaycan mədəniyyətinin təbliğatçısıdır.
Sevinc Əliyeva bildirib ki, bayağı mahnıların ifası zamanı cərimələrin birbaşa tətbiqi nəzərdə tutulmayıb: “Bir neçə dəfə xəbərdarlıq olunandan sonra cərimələr olacaq. Düşünürük ki, mahnıların sıradan çıxması, onların radiolara yol tapa bilməməsi öz sözünü deyəcək”.