DÜNYA


Monteneqro və Bosniya-Herseqovina hökumətləri ikinci lokdaunu istisna etmirlər

Bakı, 16 sentyabr, AZƏRTAC

Koronavirusa yoluxanların sayında kəskin artımın pandemiyanın ikinci dalğası barədə danışmağa imkan verdiyinə görə, bir sıra Balkan ölkələrinin, xüsusən də Monteneqro və Bosniya və Herseqovinanın səlahiyyətliləri lokdaunun yenidən tətbiqi imkanlarını ciddi şəkildə müzakirə edirlər.

AZƏRTAC xəbər verir ki, bu iki ölkədə epidemioloji vəziyyət kəskin şəkildə pisləşir. Səlahiyyətlilər xəbərdar edirlər ki, lokdaun son addım olacaq, ancaq o da sürətlə yaxınlaşır. Monteneqronun Səhiyyə Nazirliyi sakinləri sosial məsafəni qorumağa, qoruyucu maskalardan istifadə etməyə, şəxsi gigiyenaya riayət etməyə və simptomlara ən kiçik şübhə olduqda evdə oturub test xidmətlərinin gəlişini gözləməyə çağırıb.

Bu günə olan məlumata görə, Monteneqro, 2085 aktiv xəstəsi ilə bölgədə kədərli rekordçudur. Bu isə hər 100 min əhaliyə orta hesabla 331 yoluxma deməkdir.

Bosniya və Herseqovinada vəziyyət bir az daha yaxşıdır, lakin yenə də narahatçılıq doğurur. Burada Səhiyyə Nazirliyi yaxın 10 gündə yeni xəstələrin sayındakı dəyişiklik əyrisinin kəskin şəkildə yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.