Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mövcudluğun dözülməz yüngüllüyü

Mövcudluğun dözülməz yüngüllüyü

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 11-də YAY Qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgi açılacaq. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri nümayiş etdiriləcək.

YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Dubayda yerləşən Kuadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveynin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri əsərləri təqdim ediləcək. Əsərlərin başlıca mövzusu - şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir.

Roberto Lopardo “Bakının xəritəsini çəkərək” (Mapping Baku) adlı əsərini məxsusi olaraq YAY Qalereyasında keçiriləcək sərgi üçün YARAT Müasir İncəsənət Məkanının sifarişi əsasında ərsəyə gətirib. Bu əsər rəssamın “Mappings” silsiləsində on üçüncü instalyasiyadır. “Mappings” silsiləsi elə bir foto performansıdır ki, onu yaradarkən rəssam 24 saat ərzində hər dəqiqəyə bir kadr çəkir. Həmin çəkilişin nəticəsi olan fotolar içəridən işıqlandırılan laytboks (işıq) qutusunun üzərinə çəkiliş ardıcıllığı ilə düzülürlər. Beləcə, 24 sıra fotoşəkil alınır (hər biri çəkilişin bir saatını əks etdirir), hər sırada isə 60 şəkil olur (hər biri çəkilişin bir dəqiqəsini əks etdirir). Çəkiliş zamanı rəssam əvvəlcədən müəyyən olunmuş istiqamətlə yox, tam əksinə, kortəbii hərəkət edərək kamerası ilə şəhərin mənzərəsini və müxtəlif obyektlərini təbii surətdə qarşısına çıxdıqca çəkir. Bu fotolar yanaşı düzülərək şəhərin vizual sehrini, o cümlədən şəhərin rənglərini, naxışlarını, adətlərini, daxili əlaqələrini, enerjisini nümayiş etdirir. Bakıdan öncə bu layihə İstanbul, Ciddə, Bəhreyn, Doha, Qüds və başqa şəhərlərdə həyata keçirilib.

Manal Əl-Doveyn ağ-qara fotoşəkillərdən ibarət silsilələr yaradaraq, özündən əvvəlki nəsillərin yaddaşını canlandırmağa çalışır. O, neft sənayesində çalışan ailədə boya-başa çatıb, şəxsən özü də əvvəlcə neft sahəsində işləyib, sonradan rəssam olub. Odur ki, “Səni unutsam da, unutma məni” fotosilsiləsində Manal Əl-Doveyn atasının nəslinə məxsus xatirələri sənədləşdirib. Bu fotolar vasitəsilə o, Səudiyyə Ərəbistanın neftçilərində – həm kişi, həm də qadınlarında müşahidə etdiyi xatirələri, hərəkətləri, səciyyəvi əşyaları, onların söhbətlərini göstərərək, bir müəllif kimi tamaşaçıya hekayətlər söyləyir.

Kamil Zəkəriyyə isə 1985-ci ildə Livanda tüğyan edən vətəndaş müharibəsi xaosundan necə baş götürüb getməsini özünün “Elə isə – rədd ol!” silsiləsində sənədləşdirib. O da əsərlərində insanlarla, şəhərlərlə, ən müxtəlif eksteryer və interyerlərlə rastlaşdığını canlandırır.

Məhəmməd Əhməd İbrahim isə heykəllər, bir də Turab seriyasından kollajları sərgiləyəcək. Müəllifin yaratdığı abstrakt görüntülər və formalar onun təbiətlə münasibətini əks etdirərək, sanki tamaşaçıya üz tutaraq deyir: “İnsan təbiətin bir hissəsidir və bunu duyduğu zaman o, üstündəki qat bağlamış çöküntüləri lay-lay, parça-parça qoparıb tullamağa və sənət əsərləri yaratmağa başlayır”.

Roberto Lopardo ABŞ-ın Rod-Aylend Dizayn Məktəbində magistr dərəcəsini, Braun Universitetində müəllimlik sertifikatını, Uitmen Kollecinin isə bakalavr diplomunu alıb. O, kar və korlar üçün Arizona məktəbində, Navaxo rezervasiyası ərazisindəki Dayn kollecində, Rod-Aylend Dizayn Məktəbində, eləcə də Arizona Universitetində dərs deyib. Roberto Lopardo Dubayda yerləşən Amerika Universitetinin sabiq rəhbəri və fotoqrafiya üzrə professorudur. Onun əsərləri RISD muzeyi, Dubayda ABŞ Konsulluğu, Nyu-Yorkda Tenri İnstitutu, Parisdə Video-Appart Mərkəzi, Berlində Emerson və Küveytdə Sultan qalereyalarında nümayiş olunub. Roberto Lopardo bu yaxınlarda Nyu-York Universitetinin təqaüdçüsü olub.

Səudiyyə Ərəbistanından olan Manal Əl-Doveyn sistemli təhlil və dizayn üzrə magistrdir. O, Londondan, Qahirədə, Dubayda art-rezident ezamiyyətində olub. Manal Əl-Doveynin əsərləri Venesiya, Berlin biennalelərində, Contemporary İstanbul Festivalı çərçivəsində təşkil olunmuş müstəqil sərgidə nümayiş etdirilib. Onun əsərləri, həmçinin Britaniya Muzeyinin daimi kolleksiyasında, Los-Anceles Dairəsi İncəsənət, Mathaf Müasir Ərəb İncəsənəti, İordaniya Milli Təsviri Sənət muzeylərində, Əbdül Lətif Cəmil, Nadour, Barjeel fondlarında, Əbu-Dabinin Dövlət Mədəni İrs İdarəsində saxlanılır. O, hazırda doğma şəhəri Zahranda, eləcə də Dubayda yaşayıb-yaradır.

Kamil Zəkəriyyə Beyrutdakı Amerika Universitetində mühəndislik, Kanadanın Halifaks şəhərində NSCAD Universitetində (Nova Scotia College of Art and Design, 1997) təsviri sənət üzrə bakalavr dərəcələrini alıb. Onun əsərləri Şimali Amerika, Avropa və Yaxın Şərq ölkələrinin, demək olar ki, hamısında nümayiş etdirilib. Bu siyahıya London (Viktoriya və Albert muzeyi), Kvebek (Kanada Mədəniyyətlər Muzeyi), Banqladeş (Milli Təsviri Sənət Qalereyası), Şarja (İslam Mədəniyyəti Muzeyi, habelə biennalesi), Florida (Aplton Muzeyi), Mühərrəq (Bin Matar House Mərkəzi), Ər-Riyad (kral Əbdüləziz adına Milli Muzey), Maskat (Bait Al Zubair Muzeyi), Afina (Loutro Ton Aeridon Mərkəzi), Tehran (Mədəniyyət və İncəsənət İnstitutu), Paris (Acte 2 Qalereyası), Hyuston (FotoFest Mərkəzi) və Halifaks (Multikultural Mədəniyyət Mərkəzi) şəhərləri daxildir. Müəllifin “Dənizkənarı gəzinti” adlı əsərlər silsiləsi Venesiya Memarlıq Biennalesinin (2012) Bəhreyn pavilyonunda nümayiş etdirilib. Həmin ekspozisiya ən yaxşı pavilyon nominasiyasında “Qızıl şir” mükafatına təqdim edilib. Kamil Zəkəriyyə Bəhreyn krallığı tərəfindən 2013-cü ilin Venesiya Biennalesində iştirak etməyə dəvət olunub.

Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Əhməd İbrahim Əl-Ayn Universitetində psixologiya ixtisası üzrə təhsil alıb. Onun əsərləri Şarja, Dəkkə, Qahirə, Havana, Venesiya biennalelərində, Birləşmiş Ərəb Əmirliklərinin Təsviri Sənət Cəmiyyətinin Moskvada keçirilmiş sərgisində, Niderlandın Sittard İncəsənət Mərkəzində, Ərəb Dünyası İnstitutunda (1998), Almaniyanın Lüdviq Forumunda, Şarja, Bonn İncəsənət muzeylərində nümayiş olunub. Məhəmməd Əhməd İbrahimin əsərləri Qətərdə (Ərəb Müasir İncəsənət Muzeyi), Şarjada (İncəsənət Muzeyi), Niderlandda (Sittard İncəsənət Mərkəzi) saxlanılır.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təsis olunmuş YAY Qalereyası İçərişəhərdə yerləşir. Burada hər il altı sərgi keçirilir. Qalereya, həmçinin böyük fəallıqla görüşlər və publikasiya proqramını da reallaşdırır. Əsərlərini bu məkanda nümayiş etdirən rəssamlar daha sonra beynəlxalq art-rezident proqramlarına və sərgilərə qatılırlar.

YAY Qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgi avqustun 31-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub