SİYASƏT


Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

İstanbul, 31 iyul, AZƏRTAC

Hər zaman olduğu kimi, yanğın vaxtı da yanımızda olan Prezident İlham Əliyevə, Azərbaycanın dövlət nümayəndələrinə və qardaş xalqa çox təşəkkür edərək minnətdarlığımı çatdırmaq istəyirəm. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığı ilə mənimlə əlaqə saxladılar və Türkiyəyə yardım göndərmək istədiklərini bildirdilər. O telefon danışığından sonra Azərbaycandan təyyarə ilə Türkiyəyə, Dalamana yüzdən artıq yanğın mütəxəssisi gəldi. Qardaşlarımızın Türkiyəni düşünməsi bizi xoşbəxt edir. Bu çətin günlərdə göstərilən həmrəyliyə görə bir daha təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanğın bölgələrinə səfəri zamanı Azərbaycan mediasına müsahibəsində bildirib.

“Azərbaycan xalqının, oradakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan Ordusuna, əsgərinə nə cür yardım etdiyinin şəxsən özüm şahidi oldum. Azərbaycanlı qardaşlarımızla fəxr edirik. Bir millət, iki dövlətik. Bu, bizə məxsus xüsusiyyətdir”, - deyə nazir ifadə edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.