DÜNYA


Mozambikdə daşqınlar azı 66 nəfərin ölümünə səbəb olub

Bakı, 13 mart, AZƏRTAC

Mozambikin mərkəzi və şimal hissələrində baş verən daşqınlar nəticəsində azı 66 nəfər həlak olub, 111 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, güclü yağışların səbəb olduğu təbii fəlakət ümumilikdə 140 min əhaliyə təsir edib. Bundan əlavə, daşqınlardan zərər çəkən rayonlarda 18 xəstəxana dağılıb.

Hökumət davam edən yağışlar və “İday” tropik siklonunun ölkə hüdudlarına yaxınlaşması səbəbindən qırmızı həyəcan səviyyəsi elan edib. Siklonun martın 15-də Mozambikə çatacağı gözlənilir. Mütəxəssislərin proqnozuna görə, siklon leysan yağışları ilə müşayiət olunacaq, küləyin sürəti saatda 188-220 kilometrə çatacaq.

BMT-nin məlumatına əsasən, təbii fəlakət nəticəsində 17 min mozambikli öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda onlar tranzit mərkəzlərində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.