Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Müasir fəlsəfədə yeni yanaşma və cərəyanlar

Müasir fəlsəfədə yeni yanaşma və cərəyanlar

Bakı, 22 iyul, AZƏRTAC 

Fəlsəfəyə münasibət onun düşüncələrin hakimi, elmin inkişafına və cəmiyyətin şüurunun kamilləşməsi üçün hazırlanan tövsiyələrin gerçəkləşəcəyinə ümid yaradan fenomen kimi dərk edilməsindən başlamış rəqəmsal elm, fənlərarası tədqiqatlar və dini intibah dövründə lazımsız sanılmasına qədər geniş diapazonda dəyişir. Müasir fəlsəfənin elmə, cəmiyyətə nə dərəcədə lazım olduğunu, onun Azərbaycandakı vəziyyətini aydınlaşdırmaq üçün AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə AZƏRTAC-ın suallarını cavablandırır.

- Çoxları hesab edir ki, rəqəmsal elm, iqtisadiyyat, informasiya texnologiyaları dövründə fəlsəfənin əhəmiyyəti azalır. Sizcə, bu belədirmi?

- Bununla mübahisə etmək çətindir, bu cür düşünənlər az deyil, budur, artıq fəlsəfə üzrə minimum imtahanı da ləğv olunub. Bir tərəfdən informasiya texnologiyaları bütün elmə münasibəti dəyişdirir, elm rəqəmsallaşır. Digər tərəfdən dövrümüzün fəlsəfəsi necə olmalıdır, fəlsəfə rəqəmsal elmin bir hissəsi ola bilərmi və bunun üçün nə etmək lazımdır kimi suallar da olduqca aktualdır və bütün bu məsələlər öz yerini tapmalıdır.

İlk növbədə, qeyd etməliyəm ki, bəzi filosoflarımız, eləcə də fiziklərimiz, kimyaçılarımız və iqtisadçılarımız artıq müasir elmin subyektləridir. Fikrimi təsdiqləmək üçün təkcə bir misal gətirəcəyəm. İnstitutumuzun saytında hər bir əməkdaşımız məqalə və ya kitabını yerləşdirə, sayta daxil olan hər kəs isə onları açıb oxuya bilər. Lakin işçilərimizin heç də hamısı öz mətnlərini sayta yükləmək istəmir, onların kağız variantında nəşr edilməsinin daha yaxşı olduğunu düşünürlər. Onlara deyirəm ki, bu halda, sizin yazını, fərz edək, yüz-iki yüz nəfər oxuyacaq, saytda isə onu istənilən sayda insan oxuya bilər. Məlumat üçün deyim ki, təxminən yarım il ərzində saytımıza 20 min oxucu daxil olub, lakin onların sayı daha çox ola bilər və olmalıdır.

Fikrimcə, məsələ fəlsəfə və elmin əhəmiyyətinin guya azaldığında deyil, rəqəmsal elmin əsl alimlər və yalnız zahirən müasir alim, filosof kimi görünənlər arasında sərhəd yaratmasındadır. Yəqin ki, alimlərə ümumiləşdirilmiş yanaşmadan imtina etmək lazımdır. Yaxşı alim çox azdır, onları formal qiymətləndirmək olmaz. Rəqəmsal elmin nə qədər tələb olunduğu problemi də mövcuddur. Biz tez-tez institutumuzda xarici filosofların iştirakı ilə konfranslar təşkil edirik və onların hamısı yekdilliklə bu problemlərin öz ölkələrində də olduğunu deyirlər. Məncə, bilavasitə keçmiş və indiki filosofların fikirlərini, konsepsiyalarını araşdıran fəlsəfənin əhəmiyyəti azalır. Dar ixtisaslı mütəxəssislər istisna olmaqla, heç kim bu cür mətnləri oxumur. Bu və ya digər aktual problemə, dövrə, dünyaya, onu dəyişdirən tendensiyalara konseptual baxışların verildiyi proqnostik mətnlər oxunur. Hesab edirəm ki, oxucu hər zaman müəllifin yanaşmasının necə formalaşdığını, onun orijinallığı və işinin faydasının nədən ibarət olduğunu anlamağa çalışacaq. Fikrimcə, onlar üçün konsepsiyanın təşəkkülü prosesinin necə getdiyi də maraqlıdır. Onu da əlavə edək ki, nəticələrin konkret məlumatlar əsasında çıxarıldığı, müqayisəli yanaşmanın tətbiq olunduğu məqalələr oxunur.

- Mədəniyyətlərin qarşılıqlı təsiri və fəlsəfə. Hansı əlaqə, yanaşma və tendensiyalar mövcuddur?

- Bu sual birinci sualla bağlıdır. Mədəniyyətin necə inkişaf etdiyini, mədəniyyətdə fərdin, başqa bir mədəniyyətin hansı rol oynadığını dərk etmək məsələsi fəlsəfənin son dərəcə zəruri olduğunu göstərir. Əlbəttə, bir çox Qərb siyasətçiləri multikulturalizmin iflasa uğradığını iddia edirlər. Qeyd edək ki, müvafiq siyasət, konkret olaraq Mey və ya Merkelin müxtəlif səbəblərdən Britaniya və Almaniyaya qaçqın axınının öhdəsindən gələ bilməyən konkret siyasəti iflasa uğramışdır.

Yeri gəlmişkən, 80-ci illərin sonlarında postsovet məkanında, Avropada ilk dəfə olaraq bu problemlə Azərbaycan məhz Ermənistanın təcavüzü, Ermənistandan azərbaycanlıların qovulması nəticəsində üzləşdi. Lakin söhbət bunda deyil, Prezidentimizin Azərbaycanın multikultural ölkə olduğunu, multikulturalizmin bizim üçün dəyər təşkil etdiyini bəyan etməsindən gedir. Bizcə, bu yanaşma son dərəcə düzgündür və bizi keçmişimizi düzgün başa düşməyə, ən başlıcası, yaxın gələcəkdə fəal inkişafımızı nəyin təmin edəcəyini, dünyanın necə olacağını dəqiq anlamağa yönəldir.

Turizm, yeni “İpək Yolu”, tranzit siyasəti, qloballaşma - bütün bu istiqamətlər bu və ya digər şəkildə multikulturalizmin nə üçün bizə lazım olduğunun geosiyasi və iqtisadi əsaslandırılması, hazırda mədəniyyətlərin necə qarşılıqlı təsir etdiyinin dərki ilə bağlıdır. Əlbəttə, Avropa dünya mədəniyyətinə ciddi təsir göstərmişdir, lakin onun özü də digər mədəniyyətlərin təsirini hiss etmişdir. Multikulturalizmin fəlsəfi, sosioloji, nəzəri-siyasi və hüquqi tədqiqatlarının yalnız ayrı-ayrılıqda deyil, həm də fənlərarası tədqiqatlar kimi lazım olduğu isə başqa məsələdir. Belə tədqiqatlar elmi fənlərin bütün palitrasında aktual istiqamətlərdən biridir. Lakin ilk növbədə, mədəniyyət problemlərinin araşdırılması bu cür olmalıdır.

Fəqət belə tədqiqatların aktuallığı onların məhz fəlsəfi təhlilinə, mənalandırılmasına olan ehtiyacı aradan qaldırmır. Onların spesifikliyi bundan ibarətdir ki, fəlsəfə mədəniyyətin bu gün və tarixin müxtəlif mərhələlərində necə bir fenomen kimi mövcud olduğunu araşdırır, onları müqayisə edir, mədəniyyətin digər sahələrə təsir tendensiyalarını dəyərləndirir. Burada isə yalnız filosofun ifadə edə bildiyi mədəni-tarixi metodologiyaya ehtiyac yaranır. Bununla bağlı Hegel, Haydegger, Toynbi, Yaspers, M.Fuko yada düşür. Mədəniyyət və mədəniyyətlərin qarşılıqlı təsirinin səhv və qeyri-dəqiq başa düşülməsi problemə keyfiyyətli yanaşmanı təmin etməyə, düzgün tövsiyələr hazırlamağa və qərarlar qəbul etməyə imkan verməyəcək.

Belə ki, məsələn, Qərb siyasətçilərinin multikulturalizmin iflası, mədəniyyətlə qaçqınlar və miqrantlar problemləri arasındakı əlaqələrin dərki aspektindəki bəyanatları, fikrimizcə, müəyyən dərəcədə Qərb mədəniyyətinin mövcud vəziyyətinə və yaxın tarixi dövrdə necə inkişaf edəcəyinə yanlış yanaşma və onların arasında səhv seçim edilməsi, ikili standartlar, islamofobiya ilə bağlıdır. Nəhayət, bir metodologiya kimi fenomenologiya perspektivlidir, fəlsəfi metodologiya kimi o, digər ictimai elmlər üçün də maraq kəsb edir, hərçənd bunu biologiyadan tutmuş astrofizikaya qədər bütün elmlər üçün demək istərdik.

- Fəlsəfə və din. Bu sahədə hansı istiqamətlər, problemlər aktualdır?

- Bu mövzu fəlsəfədə həmişə aktual olmuşdur. Bir zaman hesab olunurdu ki, fəlsəfə ilahiyyat və dinin xidmətçisidir, sonra ateizm “hökmran” oldu. İndi isə ölkədə və xaricdə din problemlərinin fəlsəfi, sosioloji və siyasi tədqiqini, sözün həqiqi mənasında, dinə münasibətdən fərqləndirmək lazımdır. Sosiologiya statistik məlumatlara aludə ola bilər, onların əhəmiyyəti var, lakin fəlsəfə üçün başqa məsələlər daha aktualdır: din nədir, dünyanın müxtəlif bölgələrində onun dərki necə fərqlənir, dində hansı - ayırıcı, yoxsa birləşdirici meyillər üstünlük təşkil edir, monoteist dinlər necə yaranmışdır, dinlərin və mədəniyyətlərin nisbəti necədir?

Bizim institutda bir filosof öz çıxışlarında daim monoteist dinlərin birliyini qeyd edir, bu fikrin təsdiqi üçün Qurandan bir parça gətirir. Düzdür, bu, birliyin elmi-fəlsəfi və tarixi əsaslandırılmasını vermir, halbuki fəlsəfədə belə araşdırmalar aparılır. Bu filosofun fikrincə, müqəddəs kitabdan iqtibas həmin fikri hər kəsin qəbul etməsi üçün kifayətdir. Lakin məsələ bunda deyil, dindarlar arasında müxtəlif insanlar mövcuddur, onlar öz ölkəsinin yaxşı vətəndaşları kimi tərbiyə olunmalı, qanunları və Konstitusiyanı pozmamalıdırlar. Bu, yalnız dini deyil, həm də etik, fəlsəfi, hüquqi məsələdir. Fəlsəfə mənəviyyatın pozitiv tərbiyəsi olan yeganə elmdir. Belə mənəviyyat olmadan vətəndaşların lazımi hüquqi mədəniyyətə yiyələnməsinə nail olmaq çətindir. Pozitiv tərbiyə yalnız tərbiyə dərsləri keçməkdən deyil, həm də yanlış, yaraşmaz davranışın səbəblərini müəyyən etməkdən, onların izahı və aradan qaldırılması yollarını göstərməkdən ibarətdir. İnstitutumuz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu, Təhsil Nazirliyi ilə birlikdə bu işdə fəal iştirak etməyə çalışır.

- Uzun illərdir ki, etika və əxlaq problemlərini uğurla araşdırırsınız. Bu sahədə hansı maraqlı məsələlər mövcuddur?

- Bəli, mənim etika təlimləri tarixi, etika nəzəriyyəsi və metodologiyasına dair bir çox kitab və məqalələrim var. Ancaq mən yalnız “Etikaya giriş” və “Əxlaqın təfsiri təcrübəsi” kitablarını qeyd edəcəyəm. Bir çoxları bilirlər ki, mənim siyasi etikaya dair tədqiqatlarım təkcə bizdə maraq doğurmur. Fəqət məsələ bundadır ki, etika fəlsəfədə mühüm fəndir, o, fəlsəfə ilə funksional şəkildə bağlıdır. Etika insanı, onun şüuru, daxili aləmi və davranışını araşdırmalı və eyni zamanda, onun daha kamil, digər insanlarla münasibətlərində daha yaxşı, xeyirxah və ləyaqətli olmasına kömək etməlidir. Bu, çətin və nəcib vəzifədir.

Bəziləri bazar iqtisadiyyatı dövründə cəmiyyətdə xeyirxahlıq və humanizmə ehtiyacın olmadığına əmindir. Səhv fikir olsa da, bunun əksini sübut etmək olduqca çətindir. Bəzilərinin fikrincə, bununla din məşğul olmalıdır. Amma əslində, əxlaq məsələləri hamı üçün vacibdir. Hamımız övlad tərbiyə edirik və indi onlara başqasının tərbiyə verəcəyini gözləməliyikmi? Gözləsək, biz onları, bütöv nəsilləri itirərik. Lakin biz onların tərbiyəsinə özümüzdən başlamalıyıq, başqalarından yaxşı olduğumuzu düşünməməliyik. Bu vəziyyətdə etika, əlbəttə, düşünülmüş məsləhətlərlə sizə kömək edə bilər. Burada nəsihət, didaktika deyil, həssaslıq, başqasının halını duymaq, zamanı və məkanı anlamaq, həmçinin biologiya, psixologiya, neyrofiziologiya sahəsində biliklərə malik olmaq tələb olunur. Məsələn, bioetikanın aktuallığı həm də əxlaq və psixologiyanın biologiya ilə bağlılığından irəli gəlir. Əlbəttə, belə olduğu halda heç də hər bir filosof məsləhətlə kömək edə bilməz. O, etika zamanı, insanların illüziya və yanılmalarını, qeyri-şüuri fenomenlərini anlamağa çalışır. Bu məqsədlə ictimai şüuru əxlaq sosiologiyasının, fərdi əxlaqı və insanı isə psixologiya, sosial psixologiya, psixoanalizin köməyi ilə araşdırır, lakin hər bir halda bu bilikləri birləşdirmək, nəticələri yoxlamaq və tövsiyələr vermək üçün filosof zəkası və biliyi tələb olunur. Çox vaxt yalnız etikada deyil, ümumən bütün ictimai elmlərdə belə bir fikrə üstünlük verilir ki, elmi adı və dərəcəsi olan hər kəs məsləhət verə bilər. Bəzən valideynlər də əmindirlər ki, onların bilikləri məsələnin informasiya texnologiyaları, internet, sosial şəbəkələr, bazara xas qazanc hərisliyində olduğunu birmənalı şəkildə iddia etmək üçün kifayət edir. Guya bütün bu amillər uşaqları korlayır, valideynlərindən, kitablardan ayırır. Lakin bütün bu nəticələr yoxlanılmayıb, təcrübə ilə təsdiqlənməyib. Bunlardan bəziləri doğru olsa da, çətin ki, hamısı dürüst olsun. Fəlsəfə ilə yanaşı, etika mədəniyyətlə də bağlıdır. Tərbiyə mədəniyyət işidir, biz uşaqları tərbiyə edərkən bunu nəzərə alırıqmı? Onlar bizi evdə, həyətdə, nəzakətlə desək, mədəni olmayan şəkildə görmür və təkrar etmirlər ki? Vurğulamaq istərdim ki, etika çox zaman müxtəlif mədəniyyətlərə aid gender problemlərinə, cinslərin münasibətlərinə bələd olmaq, onları dərk etməklə də bağlıdır.

- Sizin yaradıcılığınızda tarix fəlsəfəsi və fəlsəfə tarixi, ideologiya və fəlsəfə xüsusi yer tutur...

- Bəli, belədir. Mənim üçün bu fəlsəfi fənlər arasındakı əlaqələr maraqlıdır. Azərbaycanda tarix fəlsəfəsi problem kimi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərində çox dərindən öyrənilib. Fikrimcə, tarix fəlsəfəsi tarixin öz məna və məntiqinə, məqsədinə malik olması haqqında elmdir. Əlbəttə ki, bu elmdə məna və məqsədlərin dərki meydana çıxarılır və ya heç olmazsa, onların bir variantı göstərilir. Bu tezisi heç də hamı qəbul etmir.

Beləliklə, tarix fəlsəfəsi həm fəlsəfə tarixi, həm də ideologiya və milli ideya ilə bağlıdır. Axı biz onun barəsində fəlsəfi əsərlərə, tariximizi necə mənalandırdığımıza, tariximizi, qəhrəmanlarımız, böyük liderlərimiz və mütəfəkkirlərimizin fəaliyyətini necə dərk etdiyimizə əsaslanaraq mühakimə yürüdə bilərik. Tarix fəlsəfəsinin fəlsəfə tarixi ilə bağlılığı fəlsəfə tarixinin fəlsəfə ilə əlaqəsindən daha güclüdür. Onların əlaqəsi aşkardır, çünki tarix fəlsəfəsi olmadan müxtəlif dövrlərin mənasını anlamaq mümkün deyil. Təəssüf ki, fəlsəfə tarixçiləri çox zaman bu və ya digər konkret müəllif mövqeyinin mətnlə əlaqəsinə deyil, konsepsiyalara xüsusi əhəmiyyət verirlər. Şübhəsiz, tarix fəlsəfəsi və fəlsəfə tarixi ilə (amma yalnız bunlarla deyil) bağlı olan milli fəlsəfə haqqında da danışmaq istərdim. Fəlsəfəni milli edən filosofun mənşəyi və doğulduğu yer deyil, müəyyən konkret bir bölgə filosoflarını birləşdirən yanaşma, onların seçdikləri mövzular, dünya fəlsəfi və tarixi proseslərinə baxışlarıdır. Buna görə də milli fəlsəfədə əsas diqqət fəlsəfə tariximizin, fəlsəfi keçmişimizin əsl fəlsəfə ilə necə bağlı olduğuna yetirilməlidir.

- Bu gün yerli-yersiz analitika, analitik yanaşma sözləri işlədilir. Bu barədə nə düşünürsünüz?

- Biz filosoflar “analitika” anlayışı ilə rastlaşdıqda Amerika analitik fəlsəfəsini xatırlayırıq, mənim yadıma amerikalı filosoflar - mərhum Riçard Rorti və Con Serl düşür. Əlbəttə ki, XX əsrin ortaları ingilis fəlsəfəsi də, müəyyən dərəcədə Bertran Rassell, L.Vitgenşteyn də onunla bağlıdır. Prinsipcə, burada əlaqə aşkardır, çünki dilçilik və məntiqə, məntiqi-metodoloji təhlilə əsaslanan mühakimələr analitik adlandırılır. Ümumiyyətlə, istənilən mətn analitikdir, çünki onda analiz (təhlil) ya tətbiq edilir, ya da (ona) tətbiq edilə bilər. Elmdə analitik fəlsəfə mühüm hadisədir, o, bütün digər məktəblərə, cərəyanlara, hər bir analitik işə təsir göstərmişdir. Bizdə bu yaxınlarda məntiq şöbəsi açıldı və şöbənin ilk kitablarında bu fəlsəfənin təsiri nəzərə çarpır. Lakin bu məktəbin təsirini hiss etmək hələ cərəyanın özünün inkişaf meyillərini düzgün başa düşmək demək deyil. Bu cərəyan çoxşaxəli, çoxnövlüdür. Burada metaetika da, siyasi fəlsəfə də, şüur fəlsəfəsi də və s. mövcuddur. Bununla belə, XXI əsrin əvvəlləri ABŞ-da şüur fəlsəfəsinin geniş yayılması ilə bağlıdır.

- Fəlsəfə İnstitutunun dünya filosoflarını Bakıya dəvət etməsi, konfranslar keçirməsi barədə çox eşitmişik. Bu istiqamətdəki planlarınızdan danışa bilərsinizmi?

- Bəli, biz Rusiya, Belarus, Bolqarıstan və Qazaxıstanın elmlər akademiyalarının fəlsəfə bölmələri, bir çox Avropa universitetləri ilə fəal əməkdaşlıq edirik. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Bununla əlaqədar “Fəlsəfə günü”nü böyük Azərbaycan şairi Nəsiminin fəlsəfi baxışlarına, poeziyası və dilinin fəlsəfəsinə həsr etməyi planlaşdırırıq. Bu konfrans iki gün davam edəcək. Qonaqları gözləyirik. Birinci gün Nəsiminin fəlsəfəsinin ümumdünya konteksti diqqətlə nəzərdən keçiriləcək. Biz mədəniyyətlərin qarşılıqlı təsiri və yeni “İpək Yolu” virtual laboratoriyamızdan, daha dəqiqi, Azərbaycan, Çin, Qazaxıstan, İtaliya və bir sıra digər ölkələrin filosof, tarixçi və yazıçılarının iştirak edəcəyi “Almanax”dan çox şey gözləyirik. Ümid edirik ki, müəlliflərimizin məqalələri öz yanaşmaları ilə başqa ölkələrin filosoflarını cəlb edəcək. Əminik ki, mədəniyyətlərin qarşılıqlı təsirinə yanaşma metodologiyamız yeni “İpək Yolu”nun xüsusi mənasının nədən ibarət olduğunu digər ölkələrin elm adamlarına göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib